Xəbərlər ::

HADİSƏ :: Sevinc Vaqifqızı ile "Ana xeber" bloku – 18 Noyabr

19-11-2015 20:17

GÜNÜN ŞERHİ
 
Reqibe qarşı tezyiq vasitesi kimi yaradılan İŞİD indi her kese reqibdir. Tekce İrana, İraqa, Suriyaya, Rusiyanın bölgedeki maraqlarına deyil, onu yaradan Qerbe, ister ona zamanında destek veren Türkiye ve İordaniyaya da reqibdir İŞİD. Cin şüşeden çıxıb ve her kes İŞİD-i nezaretde saxlamağın mümkün olmadığını anlayır. Fransanın İŞİD-e qarşı birge koalisiya yaratmaq teklifine Kremlden derhal razılıq verilmesi, ardınca Suriyada iqtidarla silahlı müxalifetin 15 günlük ateşkes imzalaması bunun neticesidir. Ateşkese riayet olunacağı sual altındadır, amma Suriyanın geleceyine bu 15 günde qerar verileceyi şeksizdir. Ateşkes “G-20” sammitinden sonra yeni kombinasiyaları götür-qoy etmek üçün vaxta ehtiyacı olan ABŞ-a da, emeliyyatlara külli miqdarda vesait serf eden Rusiyaya da serf edir. Bu gün Suriyada her kesin ehtiyac duyduğu mesele - ateşkesdir. Ateşkes 15 gün temin olunacaqmı? Fövqelgüclerin doğrudan fövqelgüc olduğunu bu sübut edecek.


Oxunub 269 defe