Haberler ::

DÜNYA :: Baş nazir: “Ukrayna Rusiyaya üç milyard dolları ödemeyecek”

20-11-2015 06:07

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Kiyevin Rusiyaya üç milyard dolları ödemeyeceyini ve borcun restrukturizasiyasına dair Rusiya terefine her-hansı diger şertler teqdim etmeyeceyini  bildirib. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bu barede Yatsenyuk Ukrayna telekanallarının birine müsahibesinde bildirib.

 

“Men hemçinin Rusiya terefine diger kreditorlardan ferqli şertlerin olmayacağını bildirdim. Esas şert – borcun 20 faiz azaldılması, bütün borcların 4 il müddetinde qaytarılması. Eger bu şertle razılaşmasanız Ukrayna hökumeti Rusiyaya 3 mlrd dolların ödenilmesine moratoriy tetbiq edilmesine dair qerar verecek. Qonşumuza ve işğalçı dövlete çox sade şekilde izah etmek isteyirem: Biz  üç milyard dolları ödemeyeceyik”, deye  Yatsenyuk qeyd edib. 


Okunub 476 defa