Xəbərlər ::

DÜNYA :: Olland Putin ve Obama ile İŞİD-le birge mübarizeni müzakire edecek

20-11-2015 08:25

Fransa prezidenti Fransua Olland Rusiya ve ABŞ-a gelen hefte nezerde tutulan seferi zamanı terrorizmle mübarizede seylerin birleşdirilmesini müzakire edecek. APA-nın “TASS”a istinaden verdiyi xebere göre, bu barede Fransanın Moskvadakı sefiri Jan-Moris Riper “Kommersant” neşrinde derc etdiyi meqalede qeyd edib.    

 

“Fransa prezidenti yaxın günlerde Vaşinqtona, sonra ise Moskvaya sefer edeceyini bildirib. O, Barak Obama ve Vladimir Putinle görüşerek seylerin birleşdirilmesi meselesini müzakire edecek”, deye sefir bildirib.

 

Riper Fransanın regionun bütün ölkeleri ile - İraq, İordaniya, Livan, İran, Türkiye, Seudiyye Erebistanı, Fars körfezi ölkeleri ile dialoq apardığını qeyd edib: “Danışıqlar Fransanın Aİ-deki terefdaşlar ve müttefiqlerle sıx elaqelendirilme şeraitinde aparılır”, deye sefir vurğulayıb.

 


Oxunub 305 defe