Xəbərlər ::

DÜNYA :: 1 ton döner, 3 ton banan, 5 ton qırmızı et, 350 qızıl balıq... - DÜNYA LİDERLERİNİN 2 GÜNDE YEDİKLERİ

20-11-2015 14:22

Türkiyenin Antalya şeherinde baş tutan G-20 zirve toplantısı erzinde dünya liderleri ve onları müşayiet eden komandaların telebatını ödemek üçün ne qeder erzaqdan istifade edilmesi ile bağlı melumat yayılıb. Payiz.Az "Milliyet"e istinaden xeber verir ki, Antalyanın Belek bölgesindeki oteller tedbirin keçirildiyi günlerde 24 saatlıq yemek xidmetini aktiv edib. Liderlerin qonaq olduğu “Regnum Carya Otel”inde, hemçinin, metbuatın yerleşdiyi “Kaya Palazzo Otel”de 1000 nefer personal xidmet edib. Onların 400-ü aşpaz ve xidmeti personalı olub. Menyularda esasen türk şirniyyatlarına üstünlük verilib. Yemeklerden ise döner, lahmacun, pide növleri ve paxlava daha çox yeyilib.

 

Liderleri qonaq eden “Regnum Carya Otel”de 1 ton döner, 3 ton qırmızı et, 5 ton bütöv quzu çevirme, 1,5 ton toyuq eti, 750 kiloqram balıq, 500 eded forel ve 350 eded qızıl balıq yeyilib. Metbuat nümaynedelerinin qaldığı “Kaya Palazzo Otel”de ise toplantı günleri boyunca ümumilikde 1 ton döner ve 2 ton qırmızı et yeyilib. Bundan başqa, Almaniya kansleri Angela Merkel ve Cenubi Koreya prezidenti Pakr Geun üşüdükleri üçün otelin bütün havalandırma sistemi bu iki liderin isteyine uyğunlaşdırılıb.

 

Normal günlere nisbeten daha çox yeyilen mehsullardan biri de banan olub. Otelde tetil mövsümlerinin eyni dövründe 18 qutu banan yeyilirdise, G-20-de 70 qutu banan yeyilib. Salat üçün istifade olunan erzaqlar ve düyüden de tetil mövsümlerine nisbeten 5 defe daha çox istifade olunub. Yemek zamanı ölke liderlerine öz ölkelerinin meyveleri teqdim olunub. Liderlere öz isteklerinden asılı olaraq özel xidmet de gösterilib. Seudiyye Erebistanı kralı Salman ibn Ebdüleziz sadece et yediyi halda, qatı vegeteriyan olan Hindistan prezidenti Narendra Modiye sadece vegeteriyan yemekleri verilib. Türk qehvesi zirve iştirakçıları arasında en populyar içki olub. Bezi qonaqlar çox beyendikleri türk qehvesini demek olar ki, her yemekden sonra içibler.

 

Metbuat nümayendelerinin qonaqlandığı “Kaya Palazzo Otel”de ise en çox meyve yeyilib. Et yemeklerinde ise metbuat nümayendeleri ölke liderlerinden geride qalıb. Liderler 600 kilo et döneri, 600 kilo toyuq döneri, 850 kilo antrikot, 850 kilo quzu budu ve 750 kilo qiyme yeyib. Metbuat nümayendelerinin en çox yediyi erzaqlardan biri de yumurta olub. Zirve boyunca 63 min eded yumurta yeyibler. Bundan başqa, otelde 11 min kola içilib.

 


Oxunub 871 defe