Xəbərlər ::

:: DİN ağır yol qezaları ile bağlı MELUMAT YAYDI

01-03-2016 11:39

Daxili İşler Nazirliyi ölkede baş vermiş ağır yol qezaları ile bağlı melumat yayıb. Payiz.Az nazirliyin saytına istinaden xeber verir ki, martın 1-de saat 01 radelerinde Göygöl rayonunun Topalhesenli kendinde kend sakini İsgender İsgenderovun idare etdiyi “VAZ-2106” ve Gürcüstan vetendaşı Erzixan Süleymanovun idare etdiyi “MAN” markalı (avtobus) avtomobiller toqquşub.  Neticede xestexanaya yerleşdirilmiş İ.İsgenderov orada ölüb.

 

Bundan başqa fevralın 29-da saat 07 radelerinde Tovuz şeherinde rayon sakini Elşad Novruzov idare etdiyi “VAZ-2104” markalı avtomobille yolu keçen hemyerlisi Zöhre Bayramovanı vurub.  Z.Bayramova hadise yerinde ölüb.

 

Daha bir ağır qeza Celilabad şeherinde baş verib. Fevralın 29-da saat 22 radelerinde Celilabad şeherinde Lenkeran rayon sakini Rasim Hesenovun idare etdiyi “KamAZ” ve Göytepe şeher sakini Mirmehman Mürselovun idare etdiyi “NAZ Lifan” markalı avtomobiller toqquşub, neticede M.Mürselov hadise yerinde ölüb.

 

Balaken rayonunun Tülü kendinde ise kend sakini Elvin Abulov idare etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub. Neticede E.Abulov ve 2 sernişini xestexanaya yerleşdirilib.

 

Her bir faktla bağlı araşdırma aparılır.


Oxunub 294 defe