Xəbərlər ::

:: Rasim Eliyevin anası hakimden ÖMÜRLÜK CEZA İSTEDİ - YENİLENİB

01-03-2016 13:30

Zererçekmiş şexsin hüquqi nümayendesi Fariz Namazlı çıxış ederek bildirib ki, mehkeme cinayet işine esasen ittihamlar üzre baxdı, amma heqiqetleri üze çıxarmadı:

 

"İş obyektiv araşdırılmadı, bir çox vesatetlerimiz temin edilmedi. Hekimlerin mesuliyyete celb edilmesi reallaşmadı".

 

Merhum Rasim Eliyevin anası Teyfure Eliyeva çıxışında bildirib ki, bu iş bir başa Cavid Hüseynovun rehberliyi altında edilib: "Burda teqsirlendirilen şexslerin arasında bu beş neferle yanaşı, hekimler ve Cavid Hüseynov da oturmalı idi".

 

Sonra T.Eliyeva teqsirlendirilen şexslere ömürlük hebs cezasının verilmesini isteyib. Bundan sonra mehkeme prosesinde vekiller Elşen İsmayılov ve Camal Memmedov müdafie çıxışı edibler. Onlar bildiribler ki, müdafie etdikleri şexslerle yanaşı hekimlerin de böyük günahı var. Mehkeme prosesi martın 3-de davam edecek.

 

 

11:57

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde Ann.Tv-nin emekdaşı jurnalist Rasim Eliyevin ölümünde teqsirlendirilen Cebrayil rayon sakini, 1994-ci il tevellüdlü Elşen İsmayılov,  Bakı şeher sakini, 1990-cu il tevellüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il tevellüdlü Camal Memmedov,  Bakı şeher sakini 1995-ci il tevellüdlü Kenan Medetov ve Şerur rayon sakini 1996-cı il tevellüdlü Arif Eliyevin cinayet işi üzre növbeti mehkeme prosesi keçirilir.

 

Payiz.Az-ın melumatına göre, hakim Eldar İsmayılovun sedrliyi ile keçirilen prosesde qalmaqal yaşanıb.

 

Bele ki, jurnalist Rasim Eliyevin yaxınları ile teqsirlendirilen şexslerin yaxınları arasında baş veren gerginlikde qarşlıqlı söyüşme ve elbeyaxa olma heddine çatıb. Hakim tereflerin sakitleşmesi üçün prosesde yarım saat fasile elan edib.

 

 

Qeyd edek ki, Rasim Eliyev öten il avqustun 8-de bir qrup şexs terefinden döyülüb. Xestexanaya yerleşdirilen R. Eliyev orada vefat edib. Hemin faktla bağlı Kenan Medetov, Camal Memmedov, Samir Mustafayev, Elşen İsmayılov, Arif Eliyev ve futbolçu Cavid Hüseynov tutulub. Bir müddet sonra cinayet işinin materiallarından Cavid Hüseynovun cinayet işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qebele" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Eliyevin qetli ile elaqelendirilmesi klub terefinden bütün ciddiyyeti ile qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi meşhur turnirde komanda üçün ne qeder böyük ehemiyyete malik olmasına baxmayaraq, öz deyerlerine sadiq qalaraq, hüquq-mühafize orqanları terefinden hebsden evvel onu komandadan uzaqlaşdırıb.

Klub meselenin edaletli, obyektiv ve şeffaf şekilde araşdırılacağına ve merhum Rasim Eliyevin valideynlerinin derdine şerik olaraq bütün günahkarların cezalarını alacağına inandığını qeyd edib, bunun ölkemiz ve idmanımızın imici üçün de çox vacib olduğunu vurğulayıb.


Oxunub 302 defe