Xəbərlər ::

HADİSƏ :: AMAY rehberinin mehkeme istintaqı başa çatdı

03-08-2015 18:11

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde “AMAY” ticaret merkezinin hebsde olan rehberi Abdulla Abdullayev, Heyder Rzayev, Mehman Memmedxanlı, Elşen Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın baresinde olan cinayet işi üzre növbeti mehkeme prosesi keçirilib. Payiz.Az-ın melumatına göre, hakim Efqan Hacıyevin sedrliyi ile keçirilen prosesde mehkeme istintaqının başa çatdığı elan edilib. Çıxış etmek üçün söz dövlet ittihamçısına verilib. Prokuror çıxışını hazırlamaq üçün 10 gün vaxt isteyib.

Mehkeme prosesi avqustun 18-de davam edecek.

Qeyd edek ki, Abdulla Abdullayev ve digerleri Cinayet Mecellesinin 179.3.2 (menimseme ve ya israf etme) ve 308.2-ci (vezife selahiyyetlerinden sui-istifade) maddeleri ile teqsirlendirilir.

Teqsirlendirilen şexslerden yalnız A.Abdullayev baresinde hebs-qetimkan tedbiri seçilib, diger şexsler ise zamindedir.

A.Abdullayev öten il aprelin 4-de hebs olunub. Onunla bağlı İqtisadiyyat ve Senaye Nazirliyi yanında Sahibkarlığa Kömek Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarize Baş İdaresinde araşdırılıb.

A.Abdullayevin hebsi ile bağlı Baş Prokurorluğun metbuat xidmetinin zamanında yaydığı melumata göre, ilkin araşdırma zamanı toplanmış sübutlar esasında Cinayet Mecellesinin 179.3.2 (menimseme ve ya israf etme) ve 308.2-ci (vezife selahiyyetlerinden sui-istifade) maddeleri ile cinayet işi başlanıb.

İstintaq müeyyen edib ki, 2006-2008-ci illerde “Birlikbank” ASC-nin Müşahide Şurasının sedri işlemiş Abdulla Abdullayev vezife selahiyyetlerinden sui-istifade etmekle Sahibkarlığa Kömek Milli Fondunun xetti ile kend teserrüfatı, elece de diger sahelerin inkişafına yöneldilmesi nezerde tutulan ümumilikde 3 milyon 397 min manat mebleğinde vesaiti teyinatı üzre istifade etmeyib.

İstintaqın geldiyi qenaete göre, vesaiti ayrı-ayrı hüquqi şexslerin müvekkil bank olan “Birlikbank” ASC-de açdırdığı hesablaşma hesablarına köçürülmekle hemin vesaiti faktiki rehberi olduğu “A.M.A.Y” MMC-nin Xetai rayonu erazisinde yerleşen binasının temir-tikinti işlerine xercleyib. Özgenin külli miqdarda emlakını menimsemesinde şübheler üçün ciddi esaslar olduğundan A.Abdullayeve Cinayet Mecellesinin qeyd olunan maddeleri üzre ittiham elan edilib ve baresinde mehkemenin qerarı ile hebs-qetimkan tedbiri seçilib.


Oxunub 513 defe