Xəbərlər ::

:: İlhame Quliyevanın mirası mehkemelik oldu - QALMAQAL - YENİLENİB

02-03-2016 09:48

 

 

İ.Quliyevanın oğlu Orxan Nadirov mesele ile bağlı Payiz.Az-a açıqlama verib: “Men bu deqiqe mal-mülk, var-dövlet söhbeti elemek istemirem. Bu fikirde de deyilem. Birce amalım odur ki, anamın yasını yola verim. Bütün bu işlerle bağlı sualları vekilim Habil Veliyeve ünvanlaya bilersiniz”. 

 

Vekil H.Veliyev ise Payiz.Az-a açıqlamasında meseleni bu cür izah edib: “Hazırda Orxan Nadirovun başı yas merasimine ve qebir abidesinin düzeldilmesine qarışıb. O ki qaldı İlhame xanımın varidatına bu, dövletin qanunları ile tenzimlenen şekilde heyata keçirilecek. Ne Eli Mireliyev, ne de başqa birisi qerar qebul eden deyil. Bütün bu işler mehkeme vasitesi ile hell olunacaq. Bu mesele ile biz meşğul olacağıq. Orxan İlhame xanımın oğludur. Bu, her yerde gösterilir. Hetta defn merasiminde heç kimi teqdim etmediler, amma Orxanı İlhame xanımın oğlu kimi teqdim etdiler. Hetta nazir de Orxanı İlhame xanımın oğlu kimi teqdim etdi. Orxan belekde olandan İlhame xanımın oğlu kimi teqdim olunub. Eli Mireliyev çox söz deye biler. Hüquqi varis qanunlar terefinden tenzim olunacaq. Bu iş kiminse demeyi ile düzelmir. Yalnız qanunla. Son qerar mehkemenindir! Amma her bir valideyn dünyasını deyişende miras onun övladına qalır. Orxan da İlhame Quliyevanın oğludur”. 

**

10:09

Bu günlerde dünyasını deyişen xalq artisti İlhame Quliyevanın bütün mirası ne oğulluğuna, ne de yaxınlarına deyil, bütövlükde dövlete qalacaq. 

Payiz.Az-ın melumatına göre, bu barede xalq artistinin dayısı oğlu, müğenni Eli Mireliyev “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Esebleşirdi, her defe vesiyyet baresinde bir söz deyirdi. Canı ağrıyırdı. Hirslenirdi Orxanın elinden, ona “bezdelnik” deyirdi. Sonra deyirdi “yox, oğlumdur”. Vesiyyetname resmi olaraq yoxdur, heç ne yazmayıb. Yazsaydı biz bilerdik, bir şey çıxardı üze. Senedleri, filan hamısı mende idi. Sözdür de gah deyirdi ki, “evi orduya verecem”, gah deyirdi “yox, nevem var, ona verecem”. Bir az müemmalı oldu... Mirasının hamısı dövlete qalacaq”.

Eli Mireliyev İlhame Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu da açıqlayıb:

“Çünki özü yoxdur. Resmi uşağı da yoxdur ki, ona qalsın serveti. Sadece xalasının nevesi Orxanı saxlayıb, böyüdüb, evlendirib. Amma resmi oğulluğa götürmeyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, senedleşdirirler. Biz bele görümüşük. Onun adı Quliyeva İlhame Mezahir qızı, o da Nadirov Orxan Ehmedağa oğludur. Heç bir hüquqi sened yoxdur tesdiqlesin ki, Orxan onun oğulluğudur. Ele bir vesiyyetname de yoxdur ki,“men mirasımı, ölümümden sonra Orxana verirem”. Biz bunun çevresinde olan adamlarıq, lakin bu barede heç bir resmi sened bilmirik. Biz bilirik ki, xesteliyi ile elaqedar onun beynindeki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da “uff, ayaqlarım, her yerim ağrıyır” deyirdi. Eziyyet çekirdi bu adam. Amma efire çıxanda merdi-merdane çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi... “


Oxunub 846 defe