Xəbərlər ::

:: Qonşusunu bıçaqlayan direktor ölü tapıldı - YENİLENİB

02-03-2016 11:42

 

Lerikde qonşusunu bıçaqlayan mekteb direktorunun güllelenmiş meyiti tapılıb. Rayon sakinlerinden birinin Payiz.Az-a verdiyi melumata göre, onun meyiti qebiristanlıqda aşkarlanıb. Hazırda hadisenin qetl, yoxsa intihar olduğu araşdırılır. 

**

 

Lerik rayonunda mekteb direktoru qonşusunu bıçaqlayıb. Payiz.Az-ın "Report"a istinaden melumatına göre, hadise öten gece rayonun Veri Eliabad kendinde baş verib.

 

Bele ki, kend sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov ve kend mektebinin direktoru işleyen Rehimov Adil Yaqub oğlu arasında mübahise düşüb. Münaqişe zemininde A.Rehimov qonşusunu bıçaqlayıb.

 

Çoxsaylı bıçaq zerbeleri alan yaralı bu gün seher Lenkeran Rayon Merkezi Xestexanasına (RMX) çatdırılıb. Sine, kürek ve qol nahiyelerinde kesilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yeni ağ ciyerlerin hava ve qan kütlesi ile dolması diaqnozu qoyularaq, derhal cerrahiye emeliyyatına alınıb. Onun veziyyeti ağır qiymetlendirilir.

 

Faktla bağlı Lerik Rayon Polis Şöbesinde (RPŞ) istintaq tedbirlerine başlanılıb.


Oxunub 302 defe