Xəbərlər ::

:: 4 yaşlı uşağın başını kesen daye: “Allah emr etdi!”

02-03-2016 11:48

 
Moskvada 4 yaşlı uşağı amansızcasına qetle yetirmekde şübheli bilinen daye hebs olunub.

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, bu gün paytaxtın Presnenski Rayon mehkemesinde Özbekistan vetendaşı, 1978-ci il tevellüdlü Gülçöhre Bobokulova baresinde 2 aylıq hebs qeti-imkan tedbiri seçilib.

 
Mehkeme zalında çekiliş aparan media temsilçilerinin “4 yaşlı uşağı niye öldürdün?” sualına G. Bobokulova “Allah emr etdi” deyerek cavab verib. 
 
Qeyd edek ki, G. Bobokulova 4 yaşlı qızın başını kesdikden sonra menzili yandırıb. Sonra uşağın kesilmiş başını götürerek “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişinde “Allahu Ekber” qışqırıb ve özünü partlatmaqla hedeleyib. Polis erazini mühasireye aldıqdan sonra qadını saxlamaq mümkün olub.
 
Mehkeme G. Bobokulova baresinde psixoloji ekspertizanın keçirilmesi haqqında qerar verib. Hüquq-mühafize orqanları ise G. Bobokulovanın heyat yoldaşını axtarır. Onun bu cinayetle elaqesinin olub-olmaması araşdırılır.

 


Oxunub 241 defe