Xəbərlər ::

:: İş adamının obyektini işıqsız qoyub, qardaşını döydüler - ŞİKAYET

02-03-2016 16:39

Celilabad rayonunda fealiyyet gösteren çörekbişirme sexlerinden birinin rehberi üzleşdiyi problemle bağlı Payiz.Az-a müraciet edib. Mircefer Zeynalov bildirib ki, Celilabad Elektrik Şebekesinin emekdaşları ona mexsus obyekte elektrik enerjisi verilişini dayandırıblar ve bu zaman onun qardaşını döyerek xesaret yetiribler: “Qardaşım Zeynalov Mirismayıl onlara baxış üçün şerait yaradıb ki, bu şexsler öz vezifelerini icra etsinler. Lakin “Celilabad” EŞ-nin rehberliyi ve işçileri qardaşıma qarşı zor tetbiq ederek onu yere yıxıb, tepik ve yumruqla vehşicesine döyübler. Sayğaca müdaxile olunmadığı halda Celilabad EŞ  terefinden heç bir xeberdarlıq olunmadan Elektrik enerjisinin verilmesi 01:00-da esassız olaraq dayandırılıb. Xahişlerimize baxmayaraq 2 saat enerji vermediler ki, hemin gece 1200 kq xemir yararsız veziyyete düşmesin. Buna baxmayaraq hemin gece 1200 kq xemir yararsız veziyyete düşdü. 3 gündür ki, Celilabad EŞ-e gün erzinde 6-7 defe getmeyime ve xahişlerime baxmayaraq helede süründürmeçilik davam edir. Müessisede istehsal tamamile dayanıb”.

 

Payiz.Az mesele ile bağlı Celilabad rayon Polis Şöbesine müraciet edib. Polis şöbesinden bildirilib ki, hazırda mesele ile bağlı tehqiqat aparılır. Ekspertiza teyin edilib ve xesaretin derecesinden asılı olaraq cinayet işi de başlaya biler.

 

Polis şöbesinden onu da bildirdiler ki, artıq tereflerin izahatlarının alınmasına başlanılıb.

 

“Azerişıq” ASC-den Payiz.Az-a bildirilib ki, mesele baş idarenin diqqetindedir ve polisin apardığı araşdırmanın neticesini gözleyirler.

 

 


Oxunub 301 defe