Xəbərlər ::

:: Vetendaşlar polisle bu şekilde emekdaşlıq edecekler - QAYDALAR

02-03-2016 16:45

Polis orqanları ile emekdaşlıq eden şexslere DİN-in mülki işçileri üçün müeyyen olunmuş teminatlar şamil edilecek

 

Daxili işler orqanlarında xidmete qebul zamanı ictimai asayişin qorunmasında 2 il erzinde polis orqanları ile emekdaşlıq etmiş şexslere üstünlük verilecek.

 

APA-nın melumatına göre, bu, Azerbaycan prezidenti İlham Eliyevin imzaladığı “İctimai asayişin qorunmasında vetendaşların iştirakının temin edilmesi barede” fermanda eksini tapıb.

 

Polis orqanları ile emekdaşlığa şexsi ve işgüzar keyfiyyetlerine göre ferqlenen, müddetli heqiqi herbi xidmet keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-den az ve 24-den çox olmayan Azerbaycan Respublikası vetendaşları könüllülük esasında celb edile bilerler.  Cinayet töretdiyine göre evveller mehkum olunmuş, psixi xestelikle, narkomanlıqla, alkoqolizmle bağlı müalice-profilaktika müessiselerinde qeydiyyatda olan, fealiyyet qabiliyyetsizliyi ve ya mehdud fealiyyet qabiliyyetliliyi mehkemenin qanuni qüvveye minmiş qerarı ile tesdiq edilmiş  ve inzibati xeta töretdiyine göre baresinde son bir il erzinde inzibati tenbeh tedbiri tetbiq edilmiş şexsler polis orqanları ile emekdaşlığa celb edile bilmezler.

 

Polis orqanları ile vetendaşlar ictimai asayişin qorunması ile bağlı hüquqazidd emellere son qoyulması ile bağlı vetendaşlara ve vezifeli şexslere qarşı qanuni teleb ireli sürmek, insanların heyat ve sağlamlığına, etraf mühite zerer vere bilen tehlükeni aradan qaldırmaq, habele emlakın talanmasının ve mehv edilmesinin qarşısını almaq, ictimai asayişin pozulması, normal heyat fealiyyetine tehlüke yaradan hereketler, onların başverme sebebleri ve şeraiti barede deqiq melumatı toplayıb polis orqanlarına teqdim etmek, ictimai asayişin qorunması sahesinde polis orqanları terefinden heyata keçirilen tedbirlerde iştirak etmek, ehalinin hüquqi maariflendirilmesinde iştirak etmek ve qanunvericiliye zidd olmayan diger tedbirler heyata keçirmek formalarında emekdaşlıq edecekler.

 

Polis orqanları ile emekdaşlıq eden şexsler fealiyyete başlamazdan evvelDaxili İşler Nazirliyi terefinden müeyyen edilmiş qaydada müvafiq hazırlıq keçirler. Polis orqanları ile emekdaşlıq eden şexslerin fealiyyeti bu meqsedler üçün Daxili İşler Nazirliyine ayrılan dövlet büdcesi vesaiti hesabına maliyyeleşdirilir. Polis orqanları ile emekdaşlıq eden şexslerle onların hüquq ve vezifelerini, sosial ve diger teminatlarını müeyyen eden müqavile bağlanır.  Polis orqanları ile emekdaşlıq eden şexslere Daxili İşler Nazirliyinin mülki işçileri üçün müeyyen olunmuş teminatlar şamil edilir.

 


Oxunub 313 defe