Xəbərlər ::

:: Türkiyede iki azerbaycanlı telebe narkotikden zeherlendi

03-03-2016 00:27

Türkiyenin Aksaray şeherinde iki azerbaycanlı telebe narkotikden zeherlenib. Musavat.com-un melumatına göre, hadise “Aral” yataqxanasında baş verib.

 

Aksaray Universitetinin Azerbaycandan olan telebeleri - 17 yaşlı Zeynal Zeynalov ve 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qebul edibler. Bir qeder sonra her iki telebenin veziyyeti pisleşib. Onlar ağır veziyyetde Aksaray dövlet xestexanasına çatdırılıb.

 

Aparılan müalicelerden sonra Aqşin Hüseynovun heyati tehlükesi aradan qaldırılıb, Zeynal Zeynalovun ise veziyyetinin hele de ağır olduğu bildirilir.

 

Aksarayın hüquq-mühafize orqanları yataqxanada narkotikden istifade ile bağlı araşdırmalara başlayıb. 17 yaşlı Zeynal Zeynalov ve 18 yaşlı Aqşin Hüseynovun Türkiyeden deportasiya edileceyi gözlenilir.


Oxunub 259 defe