Xəbərlər ::

:: Şotlandiya parlamentinde Xocalı soyqırımı teşebbüsü

03-03-2016 10:03

 

Martın 1-de Şotlandiya parlamentinde Xocalı soyqırımına dair qanunvericilik teşebbüsü ireli sürülüb.

 

APA-nın melumatına göre, sened Şotlandiya Milli Partiyasının (SNP) millet vekili Sandra Vayt terefinden teklif edilib.

 

Metnde gösterilir ki, 26 fevral işğalçı Ermenistan qoşunları terefinden Azerbaycanın Xocalı şeherine olan hücumun 24-cü ildönümüdür. Senedde hücum zamanı qetle yetirilmiş 613 neferin ailelerine başsağlığı verilir, Azerbaycan erazilerinin işğalına son qoyulmasına çağıran BMT TŞ-nin qetnamelerinin yerine yetirilmediyi vurğulanır, son vaxtlar Ermenistan ve Azerbaycan arasında gerginliyin artmasından narahatlıq ifade olunur: “Xocalıda baş veren facie herbi emeliyyatlar zamanı baş vere bilecek qorxunc hadiseleri ve bütün dünyada xalqlar arasında anlaşma, elaqe ve dözümlülüyün ehemiyyetini bir daha xatırladır. Şotlandiyada ve dünyanın her yerinde yaşayan azerbaycanlılar her il 26 fevral gününü  Xocalı faciesinin qurbanlarını yad etmek meqsedile hüzn günü kimi anır, ümid edirler ki, bu facienin ildönümüne diqqet çekmekle uzun müddetden beri davam eden münaqişenin sülh yolu ile davamlı hellinin tapılmasına yönelmiş beynelxalq seyler artırılacaq”.

 

Senedin aparılmış diplomatik fealiyyet ve Şotlandiyadakı Azerbaycan icmasının seyleri neticesinde hazırlanaraq ireli sürüldüyü bildirilir.


Oxunub 282 defe