Xəbərlər ::

:: "Formula 1"e gelecek şexsler üçün viza prosedurları sadeleşdirildi

03-03-2016 17:15

Prezident İlham Eliyev "Formula 1" Avropa Qran Pri yarışının teşkili ve keçirilmesi ile bağlı Azerbaycan Respublikasına gelecek ecnebiler ve vetendaşlığı olmayan şexsler üçün viza prosedurlarının sadeleşdirilmesi haqqında serencam imzalayıb. Payiz.Az AzerTAc-a istinaden xeber verir ki, serencama esasen, Azerbaycan Respublikasında keçirilecek "Formula 1" Avropa Qran Pri yarışı ile elaqedar Azerbaycana gelen ecnebiler ve vetendaşlığı olmayan şexsler Azerbaycan Respublikası Xarici İşler Nazirliyinin Konsulluq İdaresinin Azerbaycan Respublikasının beynelxalq hava limanlarında yerleşen struktur bölmelerinde viza ala bilerler.

 

Aşağıdakı senedlerden biri viza verilmesi üçün esas hesab edilsin:

 

2.1. Formula 1 yarışlarının beynelxalq teşkilatçıları olan “Formula One Management Limited” şirketinin ve Beynelxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmeni tesdiq eden sened;

 

2.2. Formula 1 Avropa Qran Pri yarışına bilet ve ya biletin elde olunmasını tesdiq eden sened.

 

3. Bu Serencamın 1-ci hissesinde gösterilen şexsler viza almaq üçün aşağıdakı müddetlerde müraciet ede bilerler:

 

3.1. teşkilati meselelerle elaqedar gelen ve “Formula One Management Limited” şirketinin ve Beynelxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şexsler - 2016-cı il mayın 15-den iyunun 30-dek;

 

3.2. Formula 1 Avropa Qran Pri yarışında iştirak eden komandaların üzvleri ve nümayende heyetleri - 2016-cı il iyunun 1-den 20-dek;

 

3.3. “Formula One Management Limited” şirketinin ve Beynelxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistler, habele Formula 1 Avropa Qran Pri yarışına bilet elde etmiş şexsler - 2016-cı il iyunun 10-dan 20-dek.

 

4. Azerbaycan Respublikasının Maliyye Nazirliyi ve Azerbaycan Respublikasının Xarici İşler Nazirliyi Formula 1 Avropa Qran Pri yarışı ile elaqedar Azerbaycan Respublikasına gelen şexslere Azerbaycan Respublikasının beynelxalq hava limanlarında viza verilmesi işinin teşkili ile bağlı maddi-texniki teminat ve maliyye meselelerini hell etsinler.

 

5. Azerbaycan Respublikasının Xarici İşler Nazirliyi:

 

5.1. Formula 1 Avropa Qran Pri yarışı ile elaqedar Azerbaycan Respublikasına gelen şexsler üçün viza prosedurlarının sadeleşdirilmesi barede “Formula One Management Limited” şirketine, Beynelxalq Avtomobil Federasiyasına ve xarici ölkelerin müvafiq orqanlarına melumat versin;

 

5.2. Formula 1 Avropa Qran Pri yarışı ile elaqedar Azerbaycan Respublikasına gelen şexsler üçün viza prosedurlarının sadeleşdirilmesi barede melumatın Nazirliyin, habele Azerbaycan Respublikasının xarici ölkelerdeki sefirliklerinin ve konsulluqlarının internet informasiya ehtiyatlarında yerleşdirilmesini temin etsin.

 

6. Azerbaycan Respublikasının Dövlet Miqrasiya Xidmeti Azerbaycan Respublikasına uçuşlar heyata keçiren aviasiya şirketlerine Formula 1 Avropa Qran Pri yarışı ile elaqedar Azerbaycan Respublikasına gelen şexsler üçün viza prosedurlarının sadeleşdirilmesi barede melumat versin.


Oxunub 228 defe