Xəbərlər ::

:: Nesimi Nebizade ile "Ana xeber" bloku – 3 Mart

03-03-2016 19:15

GÜNÜN ŞERHİ
 
Okeanın o tayında Esed üçün yeni tale biçilir. Eger Konqresin teşebbüsü beynelxalq destek qazansa, bu, Suriyanın geleceyinin müeyyen olunması baxımından mühüm addım sayılacaq. Qerb Esedi beynelxalq tribunalda görmek isteyirse, demeli, Suriyanın geleceyi ile bağlı Esedsiz platforma düşünülür. Bu, İranın maraqları ile tam, Rusiyanın maraqları ile ise qismen ziddiyyet teşkil edir. Esed Kreml üçün bazarlıq vasitesidir, hetta prezident Putin bele Esede sığınacaq vere bileceklerine, yeni istenilen vaxt ofsayd veziyyetinde qoya bileceyine işare vurub. İran üçün ise Esedin mahiyyeti tam ferqlidir, Esedsiz Suriyanın başına keçecek güclü lider yoxdur, bu ise ölkenin parçalanma ehtimalını artırır. Konqresin qebul etdiyi senedde daha iki mühüm meqam var. Bunlar töredilen cinayetlerde tekce Esedin deyil, müttefiqlerinin de mesuliyyet daşıması, ikincisi ise soyqırımına meruz qaldığı iddia edilen etnik toplumlar arasında türkmenlerin de adının çekilmesidir. Qeyd olunan üç faktor Qerbin Suriya planlarını texmin etmeye esas verir. Qerbin Suriya planları texminen beledir - Esedden sonra etnik esaslarda en azı üç yere bölünmüş federativ dövlet. Bu ssenari süretle olmasa da, artıq addım-addım heyata keçirilir. 
 
Vüqar MESİMOĞLU


Oxunub 261 defe