Новости ::

:: Hamilelikde yüksek tezyiq ve şeker hansı problemler yaradır? - DİQQET

03-03-2016 19:42

 

"Hamilelikde sakit veziyyetde tezyiq 140-90-dan yüksekdirse, bu tehlükeli haldır"

 

“Şekerin yükselmesi ana ve döl üçün ciddi problemler yarada biler”

 

“Yüksek tezyiq hetta doğuşdan bir hefte sonra da ana ölümüne sebeb ola biler”

 

"Xroniki tezyiqi olan qadın evvel istifade etdiyi dermanı hamilelikde de qebul ede bilmez”

 

“Hamilelik her qadının heyatında xüsusi, gözel bir hadise hesab olunsa da, bu dövr riskli sayılır. Orqanizm övlad dünyaya getirmek, dölün betndaxili inkişafını tamamlamaq üçün bütün gücünü seferber edir. Bu müddetde bütün orqanlar sisteminde deyişiklik olur. Teneffüs hereketlerinin, ürek-damar yığılmalarının sayı, bedende olan qanın hecmi artır. Mede-bağırsaq, sidik ifrazat sistemi bütünlükde gergin iş rejimine keçir. Qanda laxtalanma faktorlarının miqdarı çoxalır. Bütün bunlar hamileliyi qoruyub saxlamaq ve dölün doğulmasına hazırlıq üçün olur ve tebii ki, risk yaradır”.

 

Bunu APA TV-nin “Önce sağlıq” proqramında mama-ginekoloq, uzman doktor Natı Musalı deyib.

 

Mütexessis bildirib ki, bütün hamilelikler riskli sayıla bilmez: “Sadece, xüsusi riskleri olan hamilelik qrupu var. Bu qrupa daxil olanları üç kateqoriya ayırd etmek olar.

 

Hamilelikden önce xroniki tezyiq, autoimmin xesteliklerinden, ürek, qalxanabenzer vezin problemlerinden, şekerden eziyyet çekenler risk qrupuna aiddirler. Bu kimi xesteliklerden eziyyet çeken xanımlar hamilelikden evvel hekime müraciet ederek mütleq bu problemlerini olduğunu demelidirler.

 

İkinci kateqoriyaya ise ilk hamileliklerinde hansısa problemle qarşılaşan qadınlar aiddir. Buraya vaxtından evvel doğuş eden, çoxsaylı düşükleri olan, evvelki hamileliyinde şekeri, yüksek tezyiqi olan, doğuş prosesinde hansısa problem yaşayan, yüksek çekili döl dünyaya getiren, inkişaf qüsuru olan uşaq dünyaya getiren xanımlar aid edilir.

 

Bundan başqa, hamileliyin gedişatında ortaya çıxan problemleri de qeyde etmek lazımdır”.

 

N. Musalı deyib ki, hamilelik müddetinde yaranan ciddi problemlerden biri hamilelik şekerinin yüksek olmasıdır: “Bu problem hamilelikden önce normal olan şeker miqdarının mehz bu dönemde yüksek şekilde ortaya çıxmasıdır.

 

Hamilelik şekerini yüksek olduğunu hamileliyin 24-28-ci hefteleri arasında testle müeyyen etmek olar. Bütün hamile qadınlar bu testi etmekle hamilelik şekerini ölçdüre bilerler”.

 

Onun sözlerine göre, bezi xanımlar hamilelik şekerinin ortaya çıxması baxımından daha diqqetli olmalıdırlar. Bu menada artıq çekili, yaşı 35-den çox olan, ailesinde şeker xesteliyi olanlar, özü doğulanda yüksek çekide olmuş (meselen, 4,5-5 kq), önceki hamileliyinde yüksek çekide (eynile 4,5-5 kq) uşaq dünyaya getirmiş, evvelki hamilelikde şekeri yüksek olan xanımları vurğulayan hekim qeyd edib ki, bu xanımlar mütleq yoxlamalardan keçmelidirler:

 

“Hamilelik şekeri mehz hamileliyin 24-28-ci heftelerde özünü büruze verdiyi üçün testin de hemin dövrde olunması lazımdır. Bezen ise bu hefteler erzinde şeker normal olsa da, 32-34-cü  heftelerde problem yaranır. Bir çox hallarda bu probleme barmaqarası yanaşılır ve ehemiyyet verilmir, amma hamilelikde şekerin yükselmesi ciddi bir meseledir. Bu hamileler ginekoloqların xüsusi olaraq diqqet ayırdıqları hamilelik qrupuna daxildirler. Çünki hamilelikde şekerin yüksek olması hem ana, hem de döl üçün problemler yarada biler.

 

Ananın qanında şekerin miqdarı yüksek olduğu üçün döl hedden artıq böyümeye meylli olur. Eyni zamanda dölyanı mayenin miqdarı çoxalır. Buna bağlı olaraq anada erken doğuş tehlükesi yaranır. Bundan başqa, doğuş prosesi çetinleşe, uzana biler. Yaxud da normal doğuş esnasında dölün çiyinlerinin sırf şeker miqdarının çox olmasına bağlı olaraq böyük olması sebebinden dölde çiyin sınıqları yaranar, sinir kelefi zedelener.

 

 

Onu da nezere almaq lazımdır ki, hamilelik şekeri probleminin yaranması ayrı, şekerli diabeti olan xanımın hamile qalması başqa meseledir. Ana şekerli diabeti olmadığını bilib hamile qalıbsa, o zaman dölün inkişaf qüsurlarının olması ehtimalı çox yüksekdir. Bu hal xüsusile sinir sistemi, ürek-damar qüsurlarının yaranmasına sebeb olur. 

 

Bize müraciet eden qadınlarda qanda bezi parametrler çox yüksek olduğu halda qadınlara hamile qalmağı meslehet görmürük. Çünki bele hallarda uşaqlarda inkişaf qüsurlarının olması ehtimalı yüksek olur. Biz bele xanımları endokrinoloqa  yöneldirik. Onlara xüsusi müalice alandan, qanda şeker normal hala gelenden sonra hamilelik meslehet görülür.

 

 

Bu problem zamanı dölün ağ ciyerleri de inkişafdan qalır. Bezen uşaq böyük çekide doğulsa bele doğuşdan sonra dölün ağ ciyerleri açılmır”.

 

N. Musalı qeyd edib ki, doğulandan sonra bele uşaqlara ferdi nezaret etmek lazım gelir: “Ana betninde yüksek şekere alışmış uşağın doğulandan sonra şekeri ani olaraq aşağı düşür. Bele uşaqlar yatmağa meylli, gün erzinde halsız olurlar. Yeni doğulan uşağın çox yatan olması xüsusi parametrdir.

 

Biz yüksek şekeri olan qadınların uşaqlarının doğuşdan sonra xüsusi olaraq neonatoloqların nezareti altında qalmalarına çalışırıq. Yeni hamilelik bitdise problem bitdi demek doğru deyil, sonradan da fesadlar yarana biler. Hamilelik şekeri 30-50 faiz hallarda qalıcı şekere çevrilir. Ona göre de meslehet görürük ki, hamilelik bitenden 6-8 hefte sonra xanım yeniden endokrinoloqa müraciet etsin. Bu zaman şeker yüklemesi testi ferqli bir şekilde icra olunur, qadının şeker xestesi olub-olmadığı araşdırılır. Bir sözle, bu probleme sade yanaşmaq olmaz, mütleq nezaret olunmalıdır”.

 

Mütexessis onu da deyib ki, ilk hamilelik dövründe şeker yüksek olubsa, sonradan bu qalıcı şekere çevrilmese bele, sonrakı hamilelikler dövründe hamilelik şekerinin yaranması ehtimalı 60 faizdir: “Ona göre de qadınlar hekime müraciet ederken mütleq ilk hamileliklerinde şekerlerinin yüksek olduğunu demelidirler. Hekim de buna uyğun olaraq qadını nezaretde saxlamalıdır”.

 

Ginekoloq hamilelikde yüksek tezyiqin de çox ciddi problemlerden biri olduğunu vurğulayıb. Onun sözlerine göre, bu dövrde yüksek tezyiqin bir neçe növü var. Onlardan bezileri daha az, bezileri daha çox, bezileri heyati tehlükelidir:

 

“Arterial tezyiq hamilelik müddetinde mütleq hekim nezaretinde, diqqet merkezinde olmalıdırlar. Xroniki tezyiqi olan xanımlar hamilelik planlaşdırırlarsa, evvelceden ginekoloqa müraciet etmelidirler. Çünki hamilelikden önce istifade etdikleri tezyiq dermanlarının demek olar ki, ekseriyyeti hamilelik dövründe istifade olunmur, deyişdirilir.

 

Tezyiqin diger növü hamileliyin yaratdığı tezyiqdir. Bu problem özünü adeten 20-ci heftesinden sonra göstermeye başlayır.

 

Dünyada qebul olunan qaydalara göre, eger hamile xanımda tezyiq 140-90 nisbetindedirse, xüsusen bu sakit veziyyetde qeyde alınırsa, mütleq hekime müraciet olunmalıdır. Bu kimi hallarda tezyiq mütleq nezaretde saxlanmalı, vaxtaşırı sidikde zülal yoxlanmalıdır. Bu hal bezen qadında qıcolmalara, hetta ölümcül veziyyetlere qeder getirib çıxara biler.

 

Yüksek tezyiq hetta doğuşdan bir hefte sonra da ana ölümüne sebeb ola biler”.

 

Ginekoloq deyib ki, bu problemler bağlı risk qrupuna yaşı 35-den çox, 20-den az hamile qadınlar, ilk hamilelikleri olan, çekisi çox, sistem xesteliklerinden eziyyet çekenler, çoxdöllü hamilelikleri olan xanımlar daxildir.

 

N. Musalı qeyd edib ki, hamilelik müddetinde baş ağrıları yüksek tezyiq elameti ola biler. Onun sözlerine göre, bu halda derhal derman qebul etmek olmaz, hamilelik dövründe yalnız döl üçün zerersiz olan ağrıkesicilerden istifade etmek olar, bunu da hekim teyin etmelidir.

 

 


Просмотров 2530 раз