Xəbərlər ::

:: Oqtay Esedov Xarici İşler Nazirliyini QINADI

04-03-2016 16:06

Milli Meclisde “Ümumdünya Poçt Konvensiyasına ve onun yekun Protokoluna qoşulmaq haqqında” sened müzakire olunub.  

 
APA-nın melumatına göre, müzakire zamanı sedr müavini Valeh Elesgerov bu tip senedlerin Azerbaycan diline çox berbad tercümesinden, ekser hallarda ecnebi sözlerin istifadesinden şikayetlenib: “Defelerle Milli Meclise bele beynelxalq senedler daxil olanda mene ele gelir ki, bunu tercümeçi yox, kompüter tercüme edib. Heç ne anlamaq olmur. Biz müsteqil dövletik ve müsteqil qanunvericiliyimiz var. Niye axı öz dilimize bele yanaşırıq?! Meselen, preambula sözü bize ruslardan gelib. Meger biz ruslara qeder yazıb oxumağı bilmemişik? Bir vaxtlar rus dilinde danışmaq modda idi, indi de deyesen, senedleri ecnebi dilde yazmaq moda düşüb. Bu, meni çox esebileşdirir”. 
 
Sedr Oqtay Esedov ise bu işde Xarici İşler Nazirliyini qınayıb: “Defelerle bu kimi senedler Xarici İşler Nazirliyinden bize gelende irad bildiririk. Amma neticesi yoxdur. Hetta teklif etmişik ki, orada belke bir tercüme qrupu yaradılsın. On defe demeyimize baxmayaraq, heç bir netice yoxdur”.

 


Oxunub 252 defe