Xəbərlər ::

:: Çin bu il yol tikintisine 377 mlrd dollar xercleyecek

05-03-2016 05:51

Çin 2016-cı ilde avtomobil ve demir yollarının inkişafına 2,45 trln yuan (texminen 377 mlrd dollar) xercleyecek. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bubarede Çin hökumetinin hesabatında bildirilir.  

 

Hesabata esasen, demir yollarının tikintisine yatırılacaq sermayelerin hecmi 800 mlrd yuan (texminen 123 mlrd dollar) teşkil edecek.  

 

Avtomobil yollarının tikintisine ise 2016-cı il erzinde 1, 65 trln yuan (texminen 254 mlrd dollar) vesait ayrılacaq. 


Oxunub 235 defe