Xəbərlər ::

:: Azerbaycanda magistraturaya qebul imtahanı keçirilir

06-03-2016 08:57

Bu gün Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) 2016/2017-ci tedris ili üçün ali tehsil müessiselerinin ve Azerbaycan Milli Elmler Akademiyasının magistratura seviyyesine qebul imtahanının birinci merhelesini keçirir.

 

TQDK-nın metbuat xidmetinden APA-ya verilen xebere göre, imtahan respublikanın 6 şeherinde - Bakı, Naxçıvan, Gence, Mingeçevir, Şeki ve Lenkeran şeherlerinde, ümumilikde 41 imtahan merkezinde aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Bu merhelede bakalavrlara ümumi intellektin (mentiqi tefekkürun) inkişaf seviy­yesinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzre 25 (5-i açıq tipli) ve xarici dil üzre 25 (5-i açıq tipli) test tapşırığı teqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 deqiqe vaxt ayrılır. Bakalavrın her bir test tapşırığına düzgün cavabı bir balla qiymetlendirilir, sehv cavablar düzgün cavabların neticesine tesir göstermir.   

İmtahanda iştirak etmek üçün 24110 (öten il 23231) bakalavr erize teqdim edib.

 

Onlardan 21822 neferi Azerbaycan bölmesi, 2288 neferi rus bölmesi üzre imtahan verecek. Erize verenlerin 10281 neferi oğlan, 13829 neferi ise qızlardır. Bakalavrlardan 11550 neferi cari ilin mezunları, 12560 neferi ise evvelki illerin mezunlarıdır. 63 nefer xarici ölke vetendaşıdır. İmtahanda iştirak edecek en yaşlı bakalavr 1958-ci il tevellüdlü, en genc ise 1997-ci il tevellüdlüdür. 

 

Qebul imtahanı Bakı şeherinde 32, Gence şeherinde 4, Naxçıvan 2, Mingeçevir, Şeki ve Lenkeran şeherlerinin her birinde 1 binada teşkil olunacaq. Bakıda 19905, Naxçıvanda 758, Gencede 2185, Mingeçevirde 476, Şekide 371, Lenkeranda ise 415 bakalavrın imtahan vereceyi gözlenilir. İmtahanın idare olunmasına 168 imtahan rehberi, 1828 nezaretçi-müellim celb olunub. 


Oxunub 317 defe