Xəbərlər ::

:: Bakıda ve rayonlarda yağış yağacaq – HAVA PROQNOZU

06-03-2016 12:27

Martın 7-da Bakıda ve Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın deyişken buludlu olacağı gözlenilir. Payiz.Az xeber verir ki, Ekologiya ve Tebii Servetler Nazirliyinin Milli Hidrometeorologiya Departamentinden AzerTAc-a verilen melumata göre, arabir güclenen şimal-qerb küleyi gündüz mülayimleşecek. Havanın temperaturu gece 5-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer tezyiqi 760 mm cive sütunundan 765 mm cive sütununa yükselecek. Nisbi rütubet gece ve gündüz 85-95 faiz teşkil edecek.

 

Naxçıvan Muxtar Respublikasında havanın bezi yerlerde yağıntılı olacağı, axşam esasen yağmursuz keçeceyi gözlenilir. Mülayim qerb küleyi ayrı-ayrı yerlerde arabir güclenecek. Havanın temperaturunun gece 1-6° isti, gündüz 12-17° isti olacağı ehtimal edilir.

 

Yuxarı Qarabağ: Xankendi, Şuşa, Xocalı, hemçinin Xocavend, Qubadlı, Zengilan, Laçın, Kelbecer ve Daşkesen-Gedebey rayonlarında arabir qar yağacağı, bezi yerlerde intensiv olacağı gözlenilir. Ayrı-ayrı yerlerde duman olacaq, mülayim qerb küleyi bezi yerlerde arabir güclenecek. Havanın temperaturunun gece 2° şaxtadan 3°-dek isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.

 

Qazax, Gence, Goranboy, Terter, Ağdam, Füzuli ve Cebrayıl rayonlarında arabir yağış yağacaq, axşam tedricen kesilecek. Mülayim qerb küleyi gece ve seher ayrı-ayrı yerlerde arabir güclenecek. Havanın temperaturunun gece 4-9° isti, gündüz 12-17° isti olacağı gözlenilir.

 

Balaken, Zaqatala, Qax, Şeki, Oğuz, Qebele, İsmayıllı, Ağsu, Şamaxı, Siyezen, Şabran, Xızı, Quba, Xaçmaz ve Qusarda arabir yağış yağacaq, dağlıq erazilerde sulu qar, qar yağacağı gözlenilir. Bezi yerlerde intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlerde duman olacaq, mülayim qerb küleyi gece ve seher ayrı-ayrı yerlerde arabir güclenecek. Havanın temperaturunun gece 2-7° isti, gündüz 10-15° isti, dağlarda gece3° şaxtadan 2°-dek isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.

 

Merkezi-Aran: Mingeçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdemir, İmişli, Ağcabedi, Beyleqan, Sabirabad, Bilesuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan ve Neftçalanda arabir yağış yağacağı, bezi yerlerde intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlerde duman olacaq, mülayim qerb küleyi bezi yerlerde arabir güclenecek. Havanın temperaturunun gece 4-9° isti, gündüz 12-17° isti olacağı gözlenilir.

 

Masallı, Yardımlı, Lerik, Lenkeran ve Astara rayonlarında arabir yağış yağacaq, bezi yerlerde intensiv olacağı gözlenilir. Seher dağlarda duman olacaq, şimal-şerq küleyi gece ve seher ayrı-ayrı yerlerde arabir güclenecek. Havanın temperaturunun gece 5-9° isti, gündüz 10-15° isti, dağlarda gece 0-5° isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.


Oxunub 235 defe