Xəbərlər ::

:: Macarıstanın baş nazirinin xanımı Heyder Eliyev Merkezinde olub.

06-03-2016 17:54

Martın 6-da Azerbaycanda seferde olan Macarıstanın baş naziri Viktor Orbanın xanımı Aniko Levai Heyder Eliyev Merkezinde olub. Heyder Eliyev Merkezinin direktoru Anar Elekberov qonağa merkezin fealiyyeti barede melumat verib. Bildirilib ki, merkez Azerbaycan xalqının ümummilli lideri Heyder Eliyevin dövletçilik irsinin öyrenilmesi ve tedqiqi, eyni zamanda, ölkemizin tarixi ve medeniyyetinin tanıdılması istiqametinde fealiyyet gösterir.

 

Payiz.Az AzerTAc-a istinaden xeber verir ki, Aniko Levai evvelce Merkezde britaniyalı heykelteraş Riçard Dikonun “Diger terefden” (“On the other side”) adlı ferdi sergisi ile tanış olub. Qonağa sergide nümayiş olunan eserler barede melumat verilib. Qeyd olunub ki, 2015-ci il dekabrın 18-de açılan sergi bu il iyulun 15-dek davam edecek.

 

Macarıstan baş nazirinin xanımı Heyder Eliyev Fondunun Budapeştdeki Laslo Battiani adına Roma Katolik Merkezinde görme qabiliyyeti zeif olan uşaqlar üçün yataqxana ve tedris korpuslarının inşası ile bağlı layihesini yüksek qiymetlendirib. Orada uşaqların reabilitasiya kursu keçmesi üçün lazımi şeraitin yaradıldığını memnunluqla qeyd eden qonaq Heyder Eliyev Fonduna teşekkürünü bildirib.

 

Aniko Levai sonra Merkezdeki “Klassik avtomobil sergisi” ile tanış olub. Azerbaycan Avtomobil Federasiyası ve merkezin birge layihesi olan bu sergide avtomobilin yarandığı ilk dövrlerden - XIX esrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya ve keçmiş SSRİ-de istehsal olunmuş avtomobiller nümayiş etdirilir. Ziyaretçiler sergini izlemekle neqliyyat vasitelerinin istehsalı tarixine ekskursiya edir, avtomobil senayesinin ayrı-ayrı inkişaf merheleleri ile tanış olmaq imkanı qazanırlar.

 

Macarıstan baş nazirinin xanımı ulu önder Heyder Eliyevin Azerbaycana rehberlik etdiyi dövrlerde xidmeti istifadesinde olan avtomobillere de baxıb.

 

 

Sonda qarşılıqlı xatire hediyyeleri teqdim edilib.

 


Oxunub 271 defe