Xəbərlər ::

:: İran prezidentinden iddialı beyanat

06-03-2016 20:54

“Hazırda İranda neqliyyat xercleri 10 faiz azalıb.  Bu azalma istehsalatda, hemçinin ixracat mehsullarının daşınmasında müşahide olunur”.

 

APA-nın İran bürosunun melumatına göre, bunu bu gün İran prezidenti Hesen Ruhani ölkede akkreditasiya olunmuş xarici KİV nümayendeleri üçün keçirdiyi metbuat konfransında deyib.

 

Prezident bildirib ki, deniz daşımalarında xercler 25 faiz azalıb.

 

H. Ruhani deyib ki , İran neft ixracatının hecmini sanksiyalardan önceki hecme çatdırmağı planlaşdırır: “Hazırda neft ixracatımızı 400 min barel artırmışıq”.

 

“Öten il ölkenin neft gelirleri 120 milyard dollardan 20 milyard dollara qeder azaldı. Bölgenin bütün ölkelerinde neftin qiymeti düşdüyü üçün milli valyuta deyerden düşdü ve inflasiya oldu. Lakin İranda iqtisadi inkişaf müsbet idi” deye Ruhani vurğulayıb.

 

H. Ruhani deyib ki, gelen il hökumet gündelik 2 milyon barel neft ixrac etmeyi öhdesine götürüb.

 

O hemçinin bildirib ki, sanksiyaların leğvinin tesiri artıq özünü gösterir, bunu hem ixrac, hem de idxalla meşğul olanlar hiss edirler.

 

Rusiya ile elaqelerine toxunan İran prezidenti iki ölke arasında “fikir mübadilesi ve koordinasiya” olduğunu qeyd edib.

 

Ruhani hemçinin bildirib ki, “bütün qonşu ölkelerin erazi bütövlüyü,  milli suverenliyi ve tehlükesizliyi İran üçün ehemiyyetlidir”.

 

Suriya meselesine toxunan Ruhani deyib: “Biz Suriyada xalqın qerarı ile seçkilerin keçirilmesi üçün şerait yaradılması, terrorizmin mehvi ve edaletli ateşkesin berqerar olmasını isteyirik”.


Oxunub 175 defe