Xəbərlər ::

:: "Müselman Birliyi Herekatı”nın sedr müavinin mehkemesinden YENİ XEBER

07-03-2016 09:18

 

 

Bakı Apellyasiya Mehkemesinde "Müselman Birliyi Herekatı” teşkilatının sedr müavini Elçin Qasımov baresinde seçilmiş hebs qetimkan tedbirinin müddetinin uzadılmasından verilen şikayete baxılıb.

 

Payiz.Az-ın melumatına göre, keçirilen prosesde qerar elan edilib. Qerara esasen onun şikayeti temin edilmeyib. Xatırladaq ki, bir neçe gün qabaq Nesimi Rayon Mehkemesinin qerarı ile onun baresinde seçilmiş hebs qetimkan tedbirinin müddeti iki ay artırılıb.

 

 

Qeyd edek ki, “Müselman Birliyi Herekatı” adlı teşkilatın sedri Taleh Bağırovdur. O, öten il noyabrın 26-da Nardaran qesebesinde polisin keçirdiyi emeliyyat zamanı terefdarları ile birlikde saxlanılıb. E.Qasımov ise noyabrın 5-de saxlanılıb. E.Qasımov İnzibati Xetalar Mecellesinin 310-cu (polis işçisinin qanuni telebine qesden tabe olmama) maddesini pozmaqda günahlandırılıb ve 30 gün müddetine inzibati hebs cezası alıb. Daha sonra Nesimi Rayon Mehkemesinin qerarı ile E.Qasımov baresinde üç aylıq hebs qetimkan tedbiri seçilib. E.Qasımov baresinde Cinayet Mecellesinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzre vezifeni yerine yetiren ve ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyet nümayendesine ve ya diger şexse müqavimet göstermekle töredildikde) ve 315.1 (Hakimiyyet nümayendesine xidmeti vezifelerini yerine yetirerken heyat ve sağlamlıq üçün tehlükeli olmayan zor tetbiq etmekle müqavimet gösterme, xidmeti vezifelerini yerine yetirmesi ile elaqedar ona ve ya onun yaxın qohumlarına qarşı bele zor tetbiq etme ve ya zor tetbiq etme hedesi ile hedeleme) maddelerile cinayet işi başlanılıb.


Oxunub 168 defe