Xəbərlər ::

:: Magistraturaya qebul imtahanının neticeleri yaxın günlerde elan edilecek

07-03-2016 09:27

 

Telebe Qebulu üzre Dövlet Komissiyasında (TQDK) magistraturaya qebul imtahanının I merhelesinin imtahan protokollarının ve cavab kartlarının emalına başlanılıb. Komissiyanın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, neticelerin yaxın günlerde elan edilmesi nezerde tutulur.

 

İmtahan respublikanın 6 şeherinde - Bakı, Naxçıvan, Gence, Mingeçevir, Şeki ve Lenkeran şeherlerinde, ümumilikde 41 binada keçirilib.
 

İmtahanda iştirak etmek üçün 24110 bakalavr sened verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanaraq 15:30-da başa çatıb.

 

İmtahan prosesinin idare olunması üçün Komissiyada operativ qerargah fealiyyet gösterib, gün erzinde imtahan merkezleri ile müntezem elaqe saxlanmış ve imtahan prosesinin gedişine nezaret olunub.

Bakalavrların öz bilik ve bacarıqlarını nümayiş etdirmeleri üçün bütün imtahan merkezlerinde normal imtahan şeraiti yaradılıb.

Neticeler elan olunduqdan sonra bakalavrlar imtahan neticeleri ile TQDK-nın internet saytında ve ya iş nömrelerini bütün mobil operatorlardan 7727 nömresine göndermekle tanış ola bilecekler.

 


Oxunub 141 defe