Xəbərlər ::

:: “NATO ve Azerbaycan elaqeleri yüksek seviyyede inkişaf edir"

07-03-2016 10:03

 

Rumıniyanın Azerbaycandakı sefirliyi ve Azerbaycan Milli Elmler Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birge teşkilatçılığı ile Bakıda “NATO-nun 2016 Varşava sammiti: imkanlar ve gözlentiler” adlı beynelxalq konfrans keçirilib.

 
APA-nın xeberine göre, konfransı giriş sözü ile açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Ayten Mustafayeva bildirib ki, Azerbaycanın avroatlantik institutlarla emekdaşlığı tehlükesizliyin temin olunması, demokratiyanın möhkemlenmesine yönelib ve prioritet teşkil edir. O qeyd edib ki, Azerbaycan coğrafi mövqeyine göre strateji ehemiyyete malik olduğu üçün regional ve avroatlantik tehlükesizliyin möhkemlenmesinde xüsusi rola malikdir. 
 
Rumıniyanın Azerbaycandakı sefiri Daniel Kristian Çiobanu bu cür tedbirin Azerbaycanda keçirilmesinin mühüm ehemiyyete malik olduğunu vurğulayıb. Sefirin sözlerine göre, Azerbaycanın müsteqilliyini ikinci  tanıyan ölke olaraq Rumıniya Azerbaycanın Avropa ve avroatlantik institutlarla elaqelerinin möhkemlendirilmesini feal şekilde destekleyir: “NATO ve Azerbaycan elaqeleri yüksek seviyyede inkişaf edir ve strateji deyere malikdir. NATO-Azerbaycan terefdaşlığı aktiv siyasi dialoqa ve mühüm praktiki emekdaşlığa esaslanır”.
 
Diplomat qeyd edib ki, Azerbaycan Avropanın enerji tehlükesizliyinin teminatında vacib rol oynayır: “Şimali Atlantika alyansı ve Azerbaycan arasında sıx emekdaşlıq geniş Qara deniz-Xezer denizi regionunda stabillik ve tehlükesizlik üçün çox faydalıdır”.

                       
Prezident Administrasiyasının Xarici elaqeler şöbesinin baş meslehetçisi Elmar Hüseynov NATO-Azerbaycan emekdaşlığının perspektivleri baxımından bu tipli tedbirlerin vacib rol oynadığını söyleyib: “Bu gün eminlikde deye bilerik Azerbaycan NATO-nun en etibarlı terefdaşlarından biridir”. 
 
E. Hüseynov helli uzanmış münaqişelerin qlobal tehlükesizliye tehdid teşkil etdiyini deyib: “NATO-nun öz sammitlerinde ve yekun beyannamelerinde Azerbaycanın suverenliyine verdiyi destek xüsusi ehemiyyet kesb edir. Varşava sammitinden ise esas gözlentimiz yene Azerbaycanın suverenliyi ve erazi bütövlüyüne münasibetde bu birmenalı desteyin davam etdirilmesidir”. 


Oxunub 429 defe