Xəbərlər ::

İQTİSADİYYAT :: Bakı-Tiflis-Erzurum qaz kemerindeki partlayış Azerbaycana zerer vurmayıb - RESMİ

04-08-2015 10:41

 

 

Hazırda partlayışın baş verme sebebleri araşdırılır

 

Bakı-Tiflis-Erzurum tebii qaz boru xettinin Türkiyeden keçen hissesinde baş veren partlayışın sebebleri araşdırılır.

 

Bunu “APA-Economics”e ARDNŞ-in ictimaiyyetle elaqeler ve metbuat xidmetinin rehberi Nizameddin Quliyev deyib. Onun sözlerine göre, baş vermiş partlayış Azerbaycan terefine zerer vurmayıb. “Qaz kemerinin partlayışın baş verdiyi hissesinin mühafize işini Türkiye terefi, Botaş şirketi heyata keçirir. Botaş şirketi ile daimi elaqelerimiz var.  Qeyd edim ki, xoşbextlikden qrafike uyğun olaraq cari temir işleri ile elaqedar dünen axşamdan, yeni partlayış baş vermemişden 8-9 saat evvelden Bakı-Tiflis-Erzurum qaz kemerinin Türkiyeye qeder olan hissesine qaz verilmeyib. Buna göre de Azerbaycan terefine ziyan deymeyib. Hazırda partlayışın sebebleri araşdırılır. Bununla bağlı elave melumat olanda bu barede etraflı melumat verilecek”, - deye N.Quliyev vurğulayıb.

 

Xatırladaq ki, Bakı-Tiflis-Erzurum tebii qaz boru xettinin Türkiyenin Qars vilayetinden keçen hissesinde partlayış baş verib. Qars valisi Günay Özdemir hadise ile bağlı araşdırmaların davam etdiyini, bölgeye mavi yanacaq neqlinin dayandırıldığını bildirib. Onun sözlerine göre, hadise Sarıqamış rayonunda qeyde alınıb. Meşe sahesinde baş veren partlayışın sebebi araşdırılır.

 

Yanğının meşeye keçmesinin qarşısı alınıb. Şahidlerin bildirdiyine göre, partlayışın sesi 20 km uzaqlıqdan eşidilib.


Oxunub 494 defe