Xəbərlər ::

HADİSƏ :: Evi oğurlamazdan evvel metbexde qehve içen oğrular - XETAİDE OĞURLUQ

04-08-2015 10:42

Bakının Xetai rayonunda menzilden oğurluq olub. APA TV-nin melumatına göre, hadise Ehmedli qesebesi, Mezahir Rüstemov küçesi, bina 11, menzil 20 ünvanında baş verib. Derhal hadise yerine Xetai Rayon Polis İdaresinin 34-cü polis bölmesinin emekdaşları ve ekspert qrupu celb olunub.  Evin sahibesi Mensure Esgerova bildirib ki,  qızı ile birlikde menzili avqustun 1-de terk ederek qohumlarıgile qonaq gedibler. Onlar eve avqustun 3-de qayıdıblar ve hadiseden de o vaxt xeber tutublar.
 
Zererçekenin sözlerine göre, oğrular menzile evin qapısından daxil olublar. Onlar qapını açarla açıb, daha sonra menzili axtarmağa başlayıblar. İlkin hesablamalara göre, menzilden texminen 1000 manat deyerinde qızıl, elece de, bahalı etirler götürülüb.
 
Maraqlıdır ki, oğrular menzilde özlerini ev sahibi kimi aparıblar. Onlar metbexde qehve içibler, siqaret çekibler, soyuducunu elek-velek edibler.
 
Mensure Esgerova onu da deyib ki, bir neçe ay evvel sahibi olduğu mebel mağazasından da eyni üsulla oğurluq edilib. Hemin hadise zamanı içerisinde 38 400 manat neğd pul olan seyf aparılıb.
 
Hemin hadiseni töreden şexsler tutularaq istintaqa celb edilib.
 
Son oğurluqla da bağlı araşdırma başlanılıb, tehqiqat aparılır.


Oxunub 512 defe