Xəbərlər ::

HADİSƏ :: Elçin Quliyev belaruslu hemkarını qebul edib

05-08-2015 15:28

Dövlet Serhed Xidmetinin reisi – Serhed Qoşunlarının Komandanı general–polkovnik Elçin Quliyevin deveti ile Belarusun Döv­let Serhed Komitesinin  sedri general-polkovnik Malt­sev Leo­nid Semyonoviçin başçılıq etdiyi nümayende heyeti ölkemizde resmi seferde olunub.

 Xidmetden Payiz.Az-a verilen melumatına göre, ilk önce nümayende heyeti Heyder Eliyevin ve Zerife Eliyevanın mezarları önüne eklil qoyaraq onların ruhuna hörmet ve ehtiramlarını bildirib, daha sonra Şehidler Xiyabanını ziya­ret ederek Azerbaycanın müsteqilliyi uğrunda helak olanların xatiresini yad edibler.

Sefer çerçivesinde qonaqlar Dövlet Serhed Xidmeti Aparatında  Dövlet Serhed Xidmetinin reisi – Serhed Qoşunlarının Komandanı gene­ral-polkovnik Elçin Quliyev terefinden qebul edilibler. 

Görüş zamanı Azerbaycan Dövlet Serhed Xidmeti ve Belarus Dövlet Serhed Komitesi arasında ikiterefli elaqelerin perspektivlerine dair fikir mübadilesi aparılıb. Terefler arasında serhed tehlükesizliyinin temin olunması, miqrasiya prosesle­ri­nin­ idare edilmesi, dövlet serhedinden buraxılış menteqelerinin fealiy­ye­ti, tecrübe mübadilesinin davam etdirilmesi, o cümleden inteqre edil­miş­ serhed idareçiliyi sahesinde heyata keçirilen layiheler çerçivesinde emek­­daşlığın genişlendirilmesi ve diger maraq doğuran meseleler müza­ki­­re edilib.

Azerbaycanın dövlet serhedindeki emeliyyat şeraiti ve mövcud tehdidler, o cümleden Ermenistanın tecavüzü neticesinde ölke erazisinin 20%-nin ve dövlet serhedlerinin bir hissesinin işğal altında qalması qeyd edilib, hemçinin serhed tehlükesizliyinin güclendirilmesi, müasir te­lim-tedris sisteminin yaradılması istiqametinde görülmüş işler ve elde olunmuş nailiyyetler baresinde melumat verilib.

Sefer çerçivesinde nümayende heyeti Dövlet Serhed Xidmetinin Sahil Mühafizesi, Akademiyası, “Serhedçi” İdman Olimpiya Merkezi, Xüsusi Mekteb, atçılıq merkezi ve diger bölmelerinin fealiyyeti ile tanış edilib.

Sefer dostluq ve qarşılıqlı anlaşma şeraitinde keçib.


Oxunub 346 defe