Xəbərlər ::

SOSİAL :: Sevinc Vaqifqızı ile "Ana xeber" bloku – 5 Avqust

05-08-2015 20:00

GÜNÜN ŞERHİ
 
ABŞ ve Rusiya behse girirmiş kimi İŞİD-e qarşı mübarize planlarını bir gün ferqle açıqladılar. Planların tek oxşar ceheti var - her iki teref İŞİD-e qarşı beynelxalq koalisiya formalaşdırmağı meqbul sayır. Esaslı ferq ise terrorçulara qarşı emeliyyata “ev sahibliyi” edecek Suriya hökumetine münasibetdedir. Rusiya Esed rejiminin anti-İŞİD koalisiyasında iştirakını vacib sayır, ABŞ ise Suriya erazisinde bele hökumetin varlığını sanki unudub. Resmi Demeşq de İŞİD-e qarşı koalisiya formalaşdırmaq planına “he” deyir, amma Suriyanı bu koalisiyanın vazkeçilmezi sayır. Esed hökumetinin yaydığı beyanatda deyilir ki, Suriyanın iştirakı olmadan yaradılacaq koalisiyanın keçireceyi emeliyyat bu ölkenin suverenliyine tecavüz hesab olunacaq. Parça-parça olmuş, onlarla terror teşkilatının meydan suladığı Suriyanın müsteqilliyi bir az mübahiseli meseledir, amma Demeşqin İŞİD-e qarşı koalisiyada en azı “ev sahibi” sifetile iştirak hüququ mentiqlidir. Anti-İŞİD koalisiyasının esas ağırlığı yene Türkiyenin çiyinlerine düşecek. Ankara hesab edir ki, Türkiye ile serhed eraziler İŞİD-den temizlense ve buraya Türkiyeye yaxın müxalif qüvveler yerleşdirilse, problemlerden birinden yaxa qurtara biler. Ankaranın uzunmüddetli planı ise suriyalı qaçqın ordusundan yaxa qurtarmaqdır. Eger plan baş tutsa, Türkiye hökumetinin ilk addımı suriyalı qaçqınları İŞİD-den azad edilmiş erazilere qaytarmaq olacaq. Mövlud Çavuşoğlunun beyanatında en maraqlı meqam mence, budur...


Oxunub 303 defe