Xəbərlər ::

HADİSƏ :: Arif Yunusun sehheti pisleşdi, mehkeme yarımçıq dayandırıldı

06-08-2015 11:35

 

 

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde Sülh ve Demokratiya İnstitutunun (SDİ) hebsde olan direktoru Leyla Yunus ve heyat yoldaşı Arif Yunusun cinayet işi üzre bu güne teyin olunmuş mehkeme prosesi baş tutmayıb.

 

APA-nın melumatına göre, hakim Efqan Hacıyevin sedrlik etdiyi prosesde Arif Yunusun sehheti pisleşdiyi üçün fasile elan olunub. Mehkemeye hekim briqadası celb edilib.

 

Bu zaman Leyla Yunus ses-küy salaraq, qalmaqal yaradıb. Mehkeme heyeti bir neçe defe prosesde qısamüddetli fasile verib.

 

Hazırda Arif Yunusa tibbi yardım gösterilir.

 

Qeyd edek ki, prosesin bu gün dövlet ittihamçısının çıxışı ile davam etdirilmesi nezerde tutulub.

 

Xatırladaq ki, Leyla Yunus Cinayet Mecellesinin 274-cü (Dövlete xeyanet), 178.3.2-ci (Deleduzluq (külli miqdarda ziyan vurmaqla töredildikde)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gelir elde etmekle töredildikde)), 213.2.2-ci ((Vergi ödemekden yayınma) külli miqdarda töredildikde), 320.1-ci (Hüquq veren ve ya vezifeden azad eden vesiqeni ve ya diger resmi senedi istifade etmek meqsedi ile saxtalaşdırma ve ya qanunsuz hazırlama, yaxud bu cür senedi satma, habele eyni meqsedle Azerbaycan Respublikasının saxta dövlet teltifini, ştampı, möhürü, blankı hazırlama ve ya satma) ve 320.2-ci (Bu Mecellenin 320.1-ci maddesinde gösterilmiş bile-bile saxta senedlerden istifade etme) maddeleri, Arif Yunus ise 178.3.2-ci (deleduzluq) ve 274-cü (Dövlete xeyanet) maddeleri ile teqsirlendirilir.

 

Her iki şexsin baresinde olan Cinayet Mecellesinin 274-cü (Dövlete xeyanet) maddesi üzre cinayet işi ayrı icraata verilib. Hazırda mehkemeye gönderilen cinayet işi deleduzluq ve diger cinayet işleri ile bağlıdır. 


Oxunub 281 defe