Xəbərlər ::

SOSİAL :: Allergiyadan yaxa qurtarmağın yolları - REPORTAJ

06-08-2015 12:18

"Statistikaya nezer salsaq, dünyada ve Azerbaycanda allergiyanın 80-85 faizini deride olan sepkiler teşkil edir. 10 faizi ise astmanın payına düşür. Gözde yaranan allergiyalar çox az faiz teşkil edir. Uşaqlarda da allergiya özünü mehz sepki formasında gösterir. Fesil deyişmesi ile orqanizmde allergik xestelikler - burun axması, qaşınma, göz yaşarması ve deride qıcıqlanmalar baş verir. Bezen üşütme, boğaz ağrısı, ses batması ve öskürek ortaya çıxır".

 

APA TV-nin melumatına göre, bu fikirleri Azerbaycan Tibb Universitetinin otorinolarinqologiya kafedrasının müdiri, professor Ezizağa Talışinski deyib. Professor bildirib ki, ilk növbede allergiyanın hansı menbeden qaynaqlandığı aşkarlanmalıdır:

 

"Allergik xesteliye yoluxan insan heyvan beslenmeyen, ev bitkileri yetişdirilmeyen rütubetsiz bir otaqda yaşamalıdır. Yataq otağında xalı, kilim ve ya yumşaq tipli oyuncaqlar olmamalı, allergiya vermeyen, yalnız su buxarı ve hava keçiren yataq ve yorğan üzlüklerden istifade olunmalı, mümkündürse, kondisionerlerin filtrleri ayda 1 defe deyişdirilmeli, yataq örtükleri 60 derecede yaxalanmalıdır. Bununla beraber, eger allergiya her hansı bir qida ile bağlıdırsa, hemin qidadan imtina edilmelidir. Eger allergiya açıq hava ile bağlıdırsa, havaya çox çıxmamaq, qapı ve pencereleri müeyyen müddet bağlı saxlamaq lazımdır".

 

Hekimin sözlerine göre, allergik xesteliklere daha çox 20-40 arasında olan insanlarda rast gelinir. Aran rayonlarında allergik xesteliklere daha çox rast gelindiyini de qeyd eden Ezizağa Talışinski bildirib ki, allergiyaya sebeb bitkilerin çiçeklenme mövsümünün başlamasıdır.

 

Allergiyaya meylliyi olan insanların ümumiyyetle terkibinde kimyevi maddeler ve konservantlar olmayan tebii qida mehsullarından istifade etmesi meslehetdir. Hazırda mövsümi allergiyadan eziyyet çeken insanlara evden çıxarken güneş eyneklerinden istifadeni meslehet gören mütexessis hesab edir ki, onlara eve geldikde üzlerinin, bedenin açıq hisselerinin derhal yuyulmasını, xüsusen külekli havada mümkün olduğu qeder ev şeraitinde qalmağı tövsiye etmek olar:

 

"Mövsümün deyişmeyine az qalmış insanlar orqanizmlerinde olan müeyyen xesteliklerin müalicesini aparmalıdırlar ki, yaz feslinde bu xestelikler keskinleşmesin. Mövsümi xesteliklerin qarşısını ev şeraitinde de almaq olar. Bunun üçün ilk növbede bedenin immun sistemi möhkem olmalıdır. Beslenmenizde mümkün olduğu qeder teze, tebii qidalara üstünlük verin. Qatqı maddesi ve boya ehtiva eden şirniyyat, saqqız, hazır meyve suları ve onlara benzer hazır yemekleri yememeye çalışın. Allergik xestelikler ancaq nizamlı olaraq müalice edildikde düzele biler ve tekrarlama xüsusiyyeti olan xesteliklerdir. Bu sebebden yaxşı olsanız bele, hekiminizle meslehetleşmeden dermanların qebulunu dayandırmayın".

 

Allergik xesteliklerin yaranma sebeblerine geldikde, Ezizağa Talışınski deyir ki,  burada, elbette ki, genetik faktorları qeyd etmek lazımdır. Allergik xestelikler onlara genetik meylliyi olan insanlarda müxtelif amillerin tesiri altında yaranır. İlk növbede eger valideynde allergik xestelikler mövcuddursa, bu uşağa da keçe biler. Yazda ağaclarda tozlanma baş verir ve tebietde oyanış gedir. Bu özünü ağaclarda özünü tumurcuqlanma kimi gösterir. Eyni hal insan bedeninde de baş verir. Yaz gelende orqanizmde deyişiklik gedir ve oyanır. Bu oyanış ise qıcıqlanma yaradır.

 

"Allergiyası olan insanların bedeninde xüsusi göbelekler olur. Yazda ise bu göbeleklerde oyanma baş verir. Bu ağaclara da aiddir. Çünki göbelekler soyuq havalarda donur. İstiler başladıqdan sonra ise göbelekler baş qaldırır ve canlanma gedir. Tebietde olan göbelekleri ehenglemekle mehv etmek mümkündür. Lakin insandakı göbelekleri mehv etmek olmur. Bu proses ise insanda allergiya yaradır".

 

Allergik xestelikler bütün dünyada meşhur olduğuna göre müxtelif müalice üsullarından istifade edilir. Bunların ekseriyyeti elmi deyeri olmayan müalicelerdir.

 

Mütexessis tövsiye edir ki, allergik xesteliklerin vaxtında diaqnostikası ve müalicesi olduqca vacibdir. Çünki allergik xesteliklerde allergenle temas müddeti ne qeder çox olarsa, simptomlar daha da şiddetli ola biler. Müalice olunmasa allergik klinik, getdikce ağırlaşaraq allergik bronxite çevrile biler. Allergik bronxit ise astmaya çevrile biler.

 


Oxunub 27641 defe