Xəbərlər ::

SOSİAL :: Azerbaycana en çox hansı ölkeden gelirler? -SİYAHI

06-08-2015 15:08

Bu il ilin yanvar-iyun ayları erzinde Azerbaycanın serhed-buraxılış menteqelerinden keçen şexslerin sayı 5761,2 min nefer olub.

 

Payiz.Az-ın Dövlet Statistika Komitesine istinaden  melumatına göre, onların 66,3%-i Azerbaycanın, 10,4%-i Rusiya, 10,1%-i Gürcüstan, 5,2%-i Türkiye, 2,5%-i İran, 0,9%-i Ukrayna, 0,7%-i Birleşmiş Krallıq, 0,4%-i Qazaxıstan, 0,3%-i Özbekistan, 0,3%-i Almaniya, 0,2%-i ABŞ, 0,2%-i İtaliya, 0,2%-i Belarus ve 2,3%-i diger ölkelerin vetendaşlarıdır.

 

Cari ilin ilk altı ayı erzinde ölkemize gelen xarici vetendaşların sayı 973,5 min nefer olub. Onların 310,7 min neferi Rusiya, 283,4 min neferi Gürcüstan, 148,2 min neferi Türkiye, 72,8 min neferi İran, 27,2 min neferi Ukrayna, 19,4 min neferi İngiltere, 12,5 min neferi Qazaxıstan, 7,8 min neferi Almaniya, 6,5 min neferi ABŞ, 85,0 min neferi ise diger ölkelerin vetendaşlarıdır. Bu dövrde ölkemize gelen xarici vetendaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiye ve İran vetendaşlarının xüsusi çekisi daha çox olub ve müvafiq olaraq 31,9%, 29,1%, 15,2% ve 7,5% teşkil edib.

 

2014-cü ilin müvafiq dövrü ile müqayisede ölkemize gelen Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçre, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vetendaşlarının sayında daha çox artım müşahide olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiye, Qazaxıstan, Macarıstan, Çin vetendaşlarının sayında ise azalma qeyde alınıb.

 

Cari ilin I yarısında xarici ölkelere geden Azerbaycan vetendaşlarının sayı 1919,2 min nefer olub.


Oxunub 419 defe