Xəbərlər ::

SOSİAL :: Hecc ziyaretine sened qebulu avqustun 20-de başa çatır

06-08-2015 16:08

 

 

Qafqaz Müselmanları İdaresi (QMİ) bu il Hecc ziyaretine getmek isteyen zevvarlara müraciet edib.

 

QMİ-den APA-ya verilen melumata göre, müraciet ziyaret üçün sened qebulunun vaxtı ile bağlıdır.

 

İdareden bildiribler ki, sened qebulu avqustun 20-de yekunlaşacaq.

 

QMİ-den onu da elave edibler ki, helelik Hecc ziyareti üçün ayrılmış 2400 yerlik kvota tam dolmayıb.

 

Qeyd edek ki, sened qebuluna fevralın 20-den başlanılıb. Bu il Azerbaycandan Hecc ziyaretine sefer sentyabrın 11-de başlayacaq. Her il olduğu kimi, bu il de zevvarlara ziyaret iki formada teklif olunur. Daha yaxşı şeraitli hotellerde qalmaq, bahalı yemeklerle temin olunmaq, o cümleden hotellerde 4 neferlik otaqlarda yerleşdirme şerti teklif olunan variantın xerci 5750 dollar, nisbeten ucuz şeraitli, 6 neferlik otaqlı hotellerde qalmaq üçün teklif olunan variant ise 4700 dollardır. Zevvarlardan sened qebulu üçün pasport, şexsiyyet vesiqesinin sureti, 3x4 sm ölçüde 4 eded fotoşekil ve sağlamlıq haqqında arayış teleb olunur. Senedlerin qebulu yalnız QMİ-de aparılır.

 

Yaxın Şerqde baş veren hadiselerle elaqedar ziyaret yalnız teyyare ile baş tutacaq. Uçuşları AZAL heyata keçirecek. Bu il ilk defe olaraq ziyaret xercleri ABŞ dolları ile aparılır.


Oxunub 437 defe