Xəbərlər ::

:: Avropa Azerbaycan Cemiyyetinden BBC ile bağlı çağırış-Etiraz edin

04-04-2016 00:15

Avropa Azerbaycan Cemiyyeti (AAC) BBC kampaniyasına Ermenistan Azerbaycan qoşunlarının temas xettindeki son qarşıdurma ile bağlı tutduğu qerezli ve terefli mövqeyi qınayıb.

 

APA-nın xeberine göre, cemiyyetin mektubunda BBC-nin daim terefsiz ve obyektiv xeber prinsipine sadiq qaldığını” vurğuladığı xatırladılır.

 

“Lakin BBC son hadise ile bağlı xeberlerde BMT Tehlükesizlik Şurasının bu münaqişeye dair qebul etdiyi qetnameleri qeyd etmir. Halbuki bu qetnameler Ermenistan silahlı qüvvelerinin Azerbaycanın süveren erazilerinden derhal, tam ve qeyd-şertsız çıxarılmasını teleb edir. Hansı ki, bundan sonra bir milyon azerbaycanlı qaçqın ve mecburi köçkünler öz yurd-yuvalarına qayıda biler”.

 

“Eger Ermenistan qeyri-qanuni olaraq uzun iller Azerbaycanın erazilerini işğal altında saxlamasaydı, orada münaqişe olardımı? BBC Liviya, İraq ve Suriya kimi münaqişelerle bağlı BMT-nin beyanat ve qetnamelerine daim istinad edib. BMT-nin bu meseleye dair mövqeyini de qeyd etmek daha meqsede uyğun olmazdımı?” deye, etiraz mektubunda bildirilir.

 

AAC hemçinin BBC-nin meseleye “xristian Ermenistanı ile müselman Azerbaycanı arasında dini münaqişe” kimi teqdim etmesine de etirazını bildirib: “Bu münaqişe iki terefin dini fikir ayrılığı ile bağlı deyil. Bu, öten esrin 90-cı illerinden başlayaraq Azerbaycan torpaqlarının zebt edilmesi idi. İndi ise açıq-aşkar daha da çox torpaq işğal etmek cehdidir”.

 

 

Eyni zamanda BBC-de yayılmış yazılardan birinde “Qarabağ” sözünün fars kökenli olduğunun qeyd edilmesi de qınanılıb: ““Qarabağ” Azerbaycan sözüdür, elece de Dağlıq Qarabağ Azerbaycanın erazisidir”.

 

AAC sosial media ve email vasitesi ile BBC-nin terefli mövqeyine etiraz etmeye çağırıb.

 


Oxunub 125 defe