Xəbərlər ::

HADİSƏ :: Müdafie naziri cebhe bölgesinde müşavire keçirib

07-08-2015 11:48

Müdafie naziri Zakir Hesenov ve nazirliyin rehber heyeti cebheboyu rayonlarda yerleşen birlik, birleşme ve herbi hisselerin döyüş hazırlığının yoxlamalarının neticelerine hesr olunan toplantılar keçirib.


Nazirliyin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, cebhe bölgesinde yerleşen herbi hisse komandirlerinin, qerargah reislerinin ve diger mesul zabitlerin iştirakı ile keçirilen toplantılarda hazırkı emeliyyat şeraiti, döyüş hazırlığının veziyyeti, müdafie sistemi, onun herterefli teminatı ve bir sıra diger xidmeti meselelerle bağlı müdafie nazirine meruzeler edilib.

Sonda müdafie naziri real veziyyet nezere alınmaqla döyüş ve praktiki hazırlığa diqqetin artırılması, döyüş növbetçiliyinde sayıqlığın güclendirilmesi, verilen döyüş tapşırıqlarının deqiq, vaxtında ve müxtelif hava şeraitinde yerine yetirilmesi, o cümleden bölmelerin ve döyüş texnikasının döyüşe hazır veziyyete getirilmesi ile elaqedar müvafiq tapşırıqlar verib.


Qeyd edek ki, Müdafie Nazirliyi rehberliyinin cebhe bölgesine seferi başa çatıb.


Oxunub 390 defe