Xəbərlər ::

SOSİAL :: Aptek müdirlerine yeni qiymetlerle bağlı SMS bildirişler gönderilir

07-08-2015 11:49

Sehiyye Nazirliyi yeni qiymetlerle bağlı SMS melumatlandırma kampaniyasına başlayıb.

Sehiyye Nazirliyinin Analitik Ekspertiza Merkezi aptek müessiselerinde Tarif Şurasının 30 iul 2015-ci il tarixli qerarı ile sentyabrın 15-den başlayaraq qüvveye minecek yeni qiymetlere dair melumatlandırma tedbirlerine start verir.

Payiz.Az-ın Nazirliyin saytına istinaden xeberine göre, bu meqsedle artıq ölkede fealiyyet gösteren bütün aptek müessiselerinin rehberlerine SMS bildirişler gönderilib.

Bildirişlerde aptek rehberlerine www.pharma.az ve www.medportal.az saytlarında yerleşdirilmiş qiymetleri tenzimlenmiş 256 derman vasitelerinin topdan ve perakende satış qiymetlerini, hemçinin, reseptsiz buraxılan derman vasitelerinin siyahısını elde rehber tutmaq tapşırılır. Aptek rehberlerine ölkede dövlet qeydiyyatından keçmiş bütün derman vasiteleri ancaq vahid resept blankı esasında buraxılmasına dair xeberdarlıq edilib.

Hemçinin, SMS melumatlandırma kampaniyasının ikinci merhelesi olaraq ehalinin melumatlandırılmasına başlanacaq. Kampaniya çerçivesinde vetendaşlara qeyd olunan saytlarda 24 saat işleyen növbetçi apteklerin siyahısı (adlarını, ünvanlarını ve elaqe telefonlarını) ve diger faydalı melumatlar verilecek.

 

 


Oxunub 433 defe