Xəbərlər ::

İQTİSADİYYAT :: “Azerbaycan Kredit Bankı”nın leğvetme prosesine başlanılıb

07-08-2015 12:31

 

Bankın leğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC teyin edilib

 

Azerbaycan Merkezi Bankı (AMB) terefinden lisenziyası leğv edilmiş “Azerbaycan Kredit Bankı” ASC-nin leğvetme prosesine başlanılıb.

 

AMB-den “APA-Economics”e verilen melumata göre, bununla bağlı iyulun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Mehkemesi qerar qebul edib.

 

“Azerbaycan Kredit Bankı” ASC-nin mecburi leğv edilmesi; “Azerbaycan Kredit Bankı” ASC-nin leğvedici qisminde “Azerbaijan İnternational Consultinq Company” MMC-nin teyin edilmesi qerara alınıb.(leğvedicinin hüquqi ünvanı: Bakı şeheri, Metbuat prospekti 18/7, 539-cu mehelle. Tel: 012-439-47-22; 012-439-73-17)”, - deye melumatda bildirilib.

 

Leğvetme prosesi “Azerbaycan Kredit Bankı” ASC-nin baş ofisinde- Bakı şeheri, Nesimi rayonu, Nizami küçesi, 167A nömreli  (evvelki Nizami, 111) ünvanda heyata keçirilir.

 

Qeyd edek ki, “Banklar haqqında” Azerbaycan Respublikası qanununun 59.5 , 59.5.1, 59.5.2-ci maddelerine müvafiq olaraq bankın mecburi leğvi ve leğvedicinin teyin edilmesi haqqında mehkeme qerarının qebul edildiyi anda bankın idare olunması üzre bütün selahiyyetler, o cümleden bank sehmdarlarının ümumi yığıncağının selahiyyetleri leğvediciye keçir ve bununla elaqedar olaraq bank inzibatçılarının ve ya sehmdarlarının bank adından etdikleri hereketler hüquqi qüvveye malik olmur.

 

Belelikle, leğv prosesinde olan “Azerbaycan Kredit Bankı”ASC-nin leğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC çıxış edecek.

 

Xatırladaq ki, Azerbaycan Merkezi Bankı İdare Heyetinin 10 iyul 2015-ci il tarixli 27 saylı qerarı ile “Azerbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası leğv olunub.


Oxunub 455 defe