Xəbərlər ::

İDMAN :: Mehemmed Eli neden qorxurmuş? - DOST XATİRESİ

03-07-2016 19:00

Bir defe görüşende zarafatlaşaraq, burnuna yumruq atmağımı, fotoqrafın ise o anı çekmesini istedi. Men de şekil xatirine bunu etdim. Amma o mene bir yumruq atsaydı, kim bilir, veziyyetim nece olardı?

 

Lent.az saytının melumatına göre, bu sözleri tanınmış yazar ve radio prodüseri Abdülmalik Mücahit deyib. Söhbet ise öten ay dünyasını deyişmiş, efsanevi boksçu Mehemmed Eliden gedir. Esl adı Kassius Marsellus Kley olan Eli hele uzun müddet yaddaşlarda qalacaq. İdmançı ve insan kimi qazandığı sevgi ölümünden sonra da davam edecek, davam edir de.

 

Abdülmalik Mücahitle yaxın dostluğu olub Mehemmed Elinin. Dediyine göre, Eli dostluğa çox deyer verib. Ele buna göre de, Mücahitle arasındakı dostluq münasibeti heyatının sonuna qeder heç deyişmeyib. 2011-2015- ci iller erzinde 5 defe en tesirli 500 müselman siyahısına düşen Mücahit Mehemmed Eli ile bağlı xatirelerini bölüşüb. O, dahi boksçu ile dialoqlarını yada salıb:

 

Ondan en çox neden qorxduğunu soruşdum. Evvelce zarafatla heyat yoldaşını gösterdi. Sonra ise Allahın meni cennete qoymamasından qorxuram cavabını verdi. Bu sözleri başda heyat yoldaşı olmaqla, men de daxil, otaqdakıları ağlatdı. Sonra onun elini tutub, Qardaşım, sen bütün insanlar üçün çalışdın. İnşallah, Allah seni cennetine qoyacaq dedim. Mene baxdı ve düşünceye daldı;.

 

Güclü xarakteri ile seçilen Eli olduqca sade olub. Zarafat etmeyi ise xüsusile xoşlayıb. Mücahit merhum dostunun hazırcavab olduğunu deyib: Çox zarafatcıl idi, üzünden gülüş eskik olmurdu. Bir defe soruşdum ki, sene niye en böyük deyirler? Mene baxıb dedi ki, xeyr, en böyüh Allahdı, men ise en böyük boksçuyam.

 

Mücahit uzun iller dostluq etdiyi Elinin insanlara tez-tez İslam dinini başa saldığını bildirib: Mehemmed Eli yanında hemişe İslam dinini tanıdan balaca kitablar daşıyırdı ve onları insanlara verirdi. Çikaqoda Felestine destek üçün heyata keçirilen o zamana qeder ön böyük yürüş var idi. Ona zeng edib, yürüşe qatılmasını rica etdim. Sözümü yere

salmadı. Geldi ve yürüşü birge keçirdik. CBC-nin müxbiri teşkilatın lideri men olduğum üçün “Mehemmed Eli niye burdadı”, deye soruşdu. Men ise cavabımda Elinin müselman olduğunu ve felestinlilerin mücadilesini desteklediyini bildirdim. Bosniya ve Herseqovinadakı soyqırımla elaqedar, teşkil etdiyimiz tedbirlere de qatıldı, ABŞ hökumeti üzerinde tezyiq yaratdı ve sonunda serblere müdaxile olundu. Mehemmed Eli dünyadakı bütün müselmanların qardaşıydı.

 

Mehemmed Elinin “efsane” olması üçün yaşadığı 74 il bes etdi. Odu ki, hele uzun müddet boksun dahisi kimi Mayk Tayson ve başqalarından çox mehz onun adı çekilecek...


Oxunub 172 defe