Xəbərlər ::

İQTİSADİYYAT :: Prezident "Aqrarkredit"le bağlı ferman imzaladı

07-08-2015 17:58

Prezident İlham Eliyev “Aqrarkredit” Qapalı Sehmdar Cemiyyeti Bank olmayan Kredit Teşkilatı terefinden dövlet zemaneti esasında emissiya edilecek istiqrazların buraxılması, hecmi, müddeti ve ödenilme şertleri”nin tesdiq edilmesi haqqında ferman imzalayıb. Payiz.Az AzerTAc-a istinaden xeber verir ki, fermanla bir sıra dövlet orqanlarının qarşısında vezifeler müeyyenleşdirilib. Fermanda deyilir:

 

1. “Aqrarkredit” Qapalı Sehmdar Cemiyyeti Bank olmayan Kredit Teşkilatı terefinden dövlet zemaneti esasında emissiya edilecek istiqrazların buraxılması, hecmi, müddeti ve ödenilme şertleri” tesdiq edilsin.

 

2. Azerbaycan Respublikasının Nazirler Kabineti:

 

2.1. bu Fermanın 1-ci hissesi ile tesdiq olunmuş “Aqrarkredit” Qapalı Sehmdar Cemiyyeti Bank olmayan Kredit Teşkilatı terefinden dövlet zemaneti esasında emissiya edilecek istiqrazların buraxılması, hecmi, müddeti ve ödenilme şertleri”ne uyğun olaraq “Aqrarkredit” QSC terefinden emissiya edilen istiqrazlara dövlet zemanetinin verilmesini temin etsin;

 

2.2. bu Fermandan ireli gelen diger meseleleri hell etsin.

 

3. Azerbaycan Respublikasının Maliyye Nazirliyi bu Fermanın 2.1-ci bendinde gösterilen istiqrazların merheleli şekilde heyata keçirilen emissiyasının ve qiymetli kağızlar bazarında yerleşdirilmesinin neticeleri, hemçinin “Azerbaycan Beynelxalq Bankı” ASC-nın maliyye durumunun sağlamlaşdırılması ve idare edilmesinin tekmilleşdirilmesi istiqametinde görülen işler, elece de bank terefinden verilmiş ve ödeme vaxtı keçmiş kredit borclarının qaytarılması ve problemli aktivlerin idare edilmesi veziyyeti barede Azerbaycan Respublikasının Prezidentine mütemadi melumat versin.


Oxunub 441 defe