Xəbərlər ::

SOSİAL :: Qarabağ qazisi Fexreddin Rehimov ağır veziyyetde...

07-08-2015 19:02

Ağır veziyyetde olan 1 ci qrup Qarabağ qazisi Fexreddin Rehimov bu gün emeliyyat olunub.

Payiz.Az-ın xeberine göre, bu barede QAZİLER.AZ saytına F.Rehimoğun ailesinden melumat verilib. Hekimlerin ve aile üzvlerinin bildirdiyine göre, F.Rehimovun derisinin çürümesi neticesinde deşilib çıxan yan çanaq sümüyü kesilerek götürülüb. Emeliyyat uğurla heyata keçirilib. 
Hazırda xestenin veziyyeti ağır-stabil olaraq alır. 


Xatırladaq ki, bir neçe gün evvel F.Rehimov ağır veziyyetde Respublika Klinik Xestexanasına yerleşdirilib. Onun yaşaması üçün ümid az olsa da, hekimleri seyi sayesinde kirtik veziyyetden çıxarılıb. O, 10-15 gün müalice edilerek növbeti emeliyatı hazırlanacaq.


Hadiseden xeber tutan Millet Vekili Qenire Paşayeva dünen seher xestexanaya gelerek xesteye baş çekib, Qaziler birliyinin rehberleri ve hekimlerle görüşüb. Hekimlerin müzakiresinden sonra Respublika Travmatologiya Xestexanasından Professor Çingiz Elizade devet edilib. O, bildirib ki, veziyyet ümidsiz deyil, amma xesteni bu veziyyetde terpetmek olmaz. Ele Respublika Klinik Xestexanasında müalice edilib, emeliyyat olunmalıdır.

Qeyd edek ki, F.Rehimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülabıl kendi istiqametinde geden döyüşlerde aldığı çoxsaylı qelpe yarası ile ömürlük yataq xestesine çevrilib.

 


Oxunub 465 defe