Xəbərlər ::

İDMAN :: Qebelede atıcılıq üzre Dünya Kuboku yarışlarına start verildi

07-08-2015 21:28

APA-nın yerli bürosunun xeberine göre, Qebele şeherindeki Heyder Eliyev adına Konqres Merkezinde teşkil olunan merasimde evvelce Azerbaycan Respublikasının Dövlet Himni seslendirilib. Tedbirde çıxış eden “Qebele” İdman Klubunun prezidenti Tale Heyderov, gencler ve idman nazirinin müavini İsmayıl İsmayılov, Qebele rayon İcra Hakimiyyetinin başçısı Sebuhi Abdullayev, Azerbaycan Atıcılıq Federasiyasının prezidenti Hafiz Ceferov, Beynelxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan ve baş katibi Frans Şrayber çıxış edib.

 

Tale Heyderov qeyd edib ki, Azerbaycan olimpiya atıcılıq növleri üzre Dünya Kuboku yarışlarına ev sahibliyi etmekle dinamik inkişaf eden idman ölkesi kimi tanınmasına ve Olimpiya Herekatına qoşulmasına böyük tekan verir. “Bundan elave prezident İlham Eliyevin yaxından desteyi ile ölkemizde düzgün idman siyasetinin heyata keçirilmesi neticesinde bu il birinci Avropa Oyunları mehz Azerbaycanda keçirilib. Avropa Oyunlarından sonra en böyük yarış hesab olunan atıcılıq üzre Dünya Kuboku yarışlarının Qebelede keçirilmesi ise ölkemizde aparılan uğurlu idman siyasetinin en böyük nailiyyetlerindendir. Ümid edirem ki, bu yarış Qebelenin dünyada tanınmasına çox böyük töhfe verecek”.  

    

Beynelxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan çıxış ederek bildirib ki, öten il ve bu il Qebelede keçirilen atıcılıq üzre Dünya Kuboku yarışları, bir çox idman növleri üzre dünya ve Avropa çempionatları, elece de birinci Avropa Oyunları çox yüksek seviyyede teşkil edilib. “Biz bu möteber yarışları yaxından izleyirik ve deye bilerem ki, artıq Azerbaycanın çox böyük yarışları teşkil etmek tecrübesi var. Men Azerbaycan xalqını çox sevirem, bilirem ki bu ölkede idmana dövlet seviyyesinde qayğı gösterilir. Bizim federasiya gelecekde Azerbaycanın Olimpiya Oyunları keçirmek isteyine yaxından destek olacaq”.

       

Merasimde qeyd edilib ki, Milli Olimpiya Komitesinin, Gencler ve İdman Nazirliyinin desteyi ve “Qebele” Atıcılıq Klubunun, Azerbaycan Atıcılıq Federasiyasının teşkilatçılığı ile keçirilen Dünya Kuboku yarışlarının final merhelesinde dünya reytinq cedvelinde xüsusi yer tutan olimpiya atıcılıq növleri üzre 100-e yaxın ölkeden 2 mine yaxın idmançı, elece de resmi qonaq ve idman nümayendesi iştirak edir. Melumat verilib ki, Dünya Kuboku uğrunda yarışların 5 merhelesi öten bir il erzinde ABŞ, Almaniya, BEE, Kipr ve Meksikada keçirilib. Hemin yarışlarda xal toplayaraq dünya reytinqinde yer tutan idmançılar Qebelede keçirilen dünya kuboku uğrunda yarışların final merhelesinde iştirak etmek hüququ qazanıblar. Yarışların 6-cı merhelesi, yeni final görüşleri avqustun 8-den 16-dek Qebelede keçirilecek. Bu yarışlar 2015-ci il erzinde Beynelxalq İdman Atıcılıq Federasiyasının teqvim planında Avropa ve Dünya çempionatından sonra en mühüm yarış hesab olunur.

   

Yarışlara avqustun 8-de Qebele Stend ve Ox Atıcılığı Kompleksinde start verilecek. Atıcılığın 17 növü üzre keçirilen bu yarışlarda idmançılar 2016-cı ilde Braziliyanın Rio-de-Janeyro şeherinde keçirilecek Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarize aparacaqdır. Yarışlar Beynelxalq İdman Atıcılıq Federasiyasının resmi televiziya kanalı olan “ISSF TV” vasitesi ile canlı yayımlanacaq. Çıxışlardan sonra Beynelxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan Dünya Kuboku yarışlarının resmi açılışını elan edib ve federasiyanın himni seslendirilib. Tedbir konsert proqramı ile davam etdirilib.

                                         


Oxunub 424 defe