Xəbərlər ::

SOSİAL :: Ateist professor: “Yeni dine ehtiyac var" - MÜSAHİBE

08-07-2016 11:10

Cefer Quluzade: “Güneş axırda yox olacaq”

“Quran Mehemmed peyğemberin öz zekasının mehsuludur”

 

Lent.az Modern.az-a istinaden Bakı Dövlet Universitetinin Fizika fakültesinin Astrofizika kafedrasının müdiri, professor Cefer Quluzadenin müsahibesini teqdim edir.


- İlk sualımı bele qoyacağam. Tez-tez eşidirik ki, kainat nizamlıdır. Kainat heqiqetenmi nizamlıdır, yoxsa keşmekeşle doludur, xaotikdir?


- Kainatda ümumi bir nizam var. Ancaq kainat heç zaman sabit deyil, sakit şekilde bir yerde durmur. Orada her şey hereketdedir. Ulduzlar, ulduz topaları, qalaktikalar - hamısı hereketdedir. Kainat bütövlükde genişlenmekdedir. Son zamanlara qeder bele güman edilirdi ki, kainatda genişlenme zeifleyib. Amma son elmi araşdırmalar gösterib ki, genişlenmede zeifleme yoxdur.


- Bu genişlenme ne zamana qeder davam edecek? Bizi ne gözleyir? 

- Çox mürekkeb meseledir. Buna birmenalı cavab vermek çetindir. İnsan zekası kainatı müeyyen serhede qeder derk ede bilir. Meselen, biz sonsuzluq deyirik. Bes sonsuzluq nedir?! Qeyri-müeyyenlik... Biz dünyanı, materiyanı müeyyen yere qeder anlaya bilirik. Elm beledir ki, daim inkişafdadır. Dünen bilmediyimiz bezi meseleleri bu gün izah ede bilirik. Ancaq bütün meseleleri izah etmek qeyri-mümkündür. 

- Tebiidir. Amma ferziyye deyilen bir şey de var. O ferziyyelerle kainatın, bizim yaşadığımız Yer planetinin taleyinin nece olacağını texmin etmek mümkün deyil?

- Bayaq dedim ki, kainat genişlenir. Ola bilsin ki, ele bir dövr gelecek ki, hemin genişlenme zeifleyecek ve sıxılma başlayacaq. Adi elementar zerrecikler cazibe qüvvesi ile bir-birini cezb edir. Amma onların cezb etmesi müeyyen mesafeye qederdir. Belli bir yere çatandan sonra cazibe qüvvesi iteleme qüvvesine çevrilir. Belke makroalemde de bele bir proses gedir. Amma bunlara tam cavab vere bilmirik. 

- Kainatın yaranması ile bağlı bir neçe ferziyye var. Guya 13.5 milyard il önce makroalem heddinden artıq sıxılmış bir maddeden yaranıb. Heç ola bilermi ki, meselen, bir çay qaşığı boyda sıxılmış maddeden neheng bir alem yaransın?

- Evveller bele bir fikirler var idi ki, kainat yarananda toz ve qazla dolu olub. Ve qazla tozun içerisinde hereket eden kiçik hissecikler yanındakıları yığa-yığa gedib, sonra göy cisimleri yaranıb. Bu, nezeriyye yox, ferziyyedir. Uzun müddet yaranmanı bu mexanizmle izah edirdiler. Sonralar yeni nezeriyye ortaya çıxdı. Bildirildi ki, kainat evvelden çox sıx bir maddede cemleşib ve böyük partlayış olub. Bununla da göy cisimleri emele gelib. Bu da sübut olunmamış bir nezeriyyedir. Ancaq bezi şeyleri izah etmek olur. Dünyanın quruluşu haqqında evveller Ptolomey nezeriyyesi var idi. O sehv idi, amma çox şeyi izah ede bilirdi. Ona göre de, o telim 15 esr yaşadı. Sonra ise elmin inkişafı neticesinde aydın oldu ki, Ptolomeyin telimi bezi şeyleri izah ede bilmir.

Bu telimde deyilirdi ki, filan zaman Güneş tutulması olacaq. Amma eslinde ümumi nezeriyye olaraq sehv idi. Buna baxmayaraq, burada daxili deqiqlik o qeder böyük idi ki, sehv de olsa, çox hadiseleri izah edirdi. İndi heliosentrizm nezeriyyesi var. Yeni Güneş sisteminin merkezinde Güneş durur. Elmin inkişafı ile elaqedar sabah başqa nezeriyyeler, ferziyyeler de meydana gele biler.

Göy cisimleri de adi insanlar kimidir. Onlar yaşayırlar, qocalırlar ve mehv olurlar. Misal üçün ulduzlar. Onlar müeyyen bir inkişaf merhelesi keçirler. Sonra ise onlar qara deliye keçirler. Qara delik onların ölmeyi demekdir. Her bir ulduzu tarazlıqda saxlayan iki qüvve var. Tezyiq qüvvesi onu genişlendirmeye çalışır. Cazibe qüvvesi ise sıxmağa çalışır. Ulduzun enerjisi şüalanma neticesinde müeyyen qeder itir. Onun şüalanması zeifleyende tezyiq de zeifleyir. Bu zaman qravitasiya üstün gelir. Sıxılma zamanı temperatur artır. Daha sonra ise yeniden genişlenir. Ona göre de müeyyen qeder ulduz sıxılıb-genişlenir. Ancaq ele bir meqam çatır ki, ulduz bu merhelede üst qatını saxlaya bilmir. Böyük bir kütle, ulduzun üst qabğı kainata atılır. Bu, bir neçe defe olduqdan sonra ulduzun kütlesi azalır, şüalanması zeifleyir. Qravitasiya qüvvelerine cavab vere bilmir. Ulduz keskin sıxılır. O qeder sıxılır ki, oradan kvantlar çıxa bilmir. İndi ele ulduzlar var ki, onların radiusu 10 kilometre çatır. Yeni onlarda qravitasiya o qeder artır ki, onun şüalanmasını görmek mümkün olmur. Biz ise ulduzları şüalanmasına göre müşahide ede bilirik. Şüalanma olmayanda onu görmürük, deyirik ki, o qara delikdir. 

- Meşhur alim Stiven Houkinq deyir ki, qara delikler bizi udsa, yeni bir aleme keçid ede bilerik. Nece de maraqlıdır!

- Beli. Houkinq bildirir ki, qara delikler yeni bir dünyaya yol demekdir. Qara delik qalaktikaları cezb ede bilmez. Çünki orada milyonlarla ulduz var. Ayrı-ayrı cisimleri ise cezb ede biler. 

- Ancaq men bildiyime göre, qara delikler de sadece bir versiyadır.

- Qara delik odur ki, ulduz keskin sıxılır ve şüalanması olmur. Bu, artıq demek olar ki, tesdiq olunub. Göy cisimlerinin hereketine göre onlara başqa kütlenin tesiri göstermesini tapmaq olar. Houkinqin son fikirlerine göre, qara delik alternativ kainata yoldur. Bu ise ferziyyedir. Alimler yavaş-yavaş her şeyi izah etmeye çalışırlar. Amma ilkin tekanı deqiq deye bilmirler. Yeni, ilk başlanğıcın nece olmasını bilmirik.

 

- Elm ilk anı araşdırmağa çalışır. Din adamları ise en yaxşı halda sadeye qaçaraq, ilk tekanın ali bir şüur – Allah terefinden olduğunu deyir. Ele dinler de ilk tekanın uca bir varlığın iradesi ile baş verdiyini vurğulayır. Siz de bele düşünürsünüz?
 

- Açığını deyim ki, idealist deyilem, materialistem. Düzdür, müeyyen şeylere riayet edirik, bu, ata-babamızdan qalan mirasdır. Ancaq tebiet etibarı ile materialistem. Dünyanı idare eden qüvve ümumdünya cazibe qüvvesidir. Bununla çox şeyi izah etmek olar. Ferz edek ki, dinlerin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual olunur: bes Allahı kim yaradıb? İlkin tekan meselesine göre haqlı olaraq bu sual yaranır. Bütün her şey, o cümleden kainat da tesadüfen yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur. 

- Baş verenlerin, yaradılışların arxasında ali bir şüurun durmadığını iddia edirsiniz. Yaxşı,  bes bu gün de kainatda nelerse öz-özüne yaranırmı?
 

- Beli. Ulduzlar, planetler bu gün de yaranır. Hamısı tebii proseslerdir. Onlar da insan kimi yaranır, qocalır ve ölür. Birce ferq ondan ibaretdir ki, ulduzların yaşı milyon, milyard ildir. Bezen sual edirler ki, ulduzun yaranma prosesini niye görmürük? Halbuki, bu çox böyük zamandır. Söhbet milyard illerden gedir. Biz milyon illerdir mövcud olan ulduzlara cavan ulduzlar deyirik. Onu spektrine göre teyin edirler. Ulduz üst qatını, kütlesini kainata sepeleyende deyirler ki, yeni ulduzlar yaranır. Ancaq hemin göy cisimlerinin milyard yaşı var. 

- Kainatda her hansı genişmiqyaslı kataklizmler gözlenilirmi?

- Güneş sistemi çox dinamikdir. Her bir planetin öz yolu var. Ümumi qanunlarla o yolla gedirler. Hamısının yolu, süreti, periodu melumdur. Buna baxmayaraq kataklizmler gözlenilir. Bu, mütleq olacaq. Güneş üst qabığını atsa, yeni partlasa, Yer bir neçe saniye erzinde eriyer ve Yox olar. Bele hadise gözlenile biler. Diger terefden Güneşin özünün yaşı mehduddur. Texmini hesablamalara göre Güneş 10 üstü 11 il de yaşaya biler. Deqiq bilinir ki, Güneş ebedi deyil. Güneş şüalandıra-şüalandıra axırda yox olacaq. Güneşin şüalanması keskin azalsa, Yerde 7-8 metr qalınlığında buz tebeqesi emele gelecek. Amma bu hadiselerin ne zaman olacağını deye bilmerik. 

- Albert Eynşteyn cazibe qüvvesi deyilen bir şeyin eslinde, kainat-zamanda bükülmeler olduğunu bildirirdi. İndi hansı doğrudur? Cazibe qüvvesi, yoxsa eyilme-bükülmeler?

- Nyutonun qanunları çox mükemmeldir. Elm aleminde, xüsusile fizikada Nyuton zirvesine çatan ikinci bir alim olmayıb. Eynşteyn sadece olaraq Nyutonun dediklerine düzelişler verib. Eynşteyn Nyutonun qravitasiya qanununu tekmilleşdirib. Nyuton her şeyin temelini qoyub. Onun heyatı da maraqlıdır. Tesevvür edin, 85 il yaşayıb, amma evlenmeyib. 
Heç kimle mübahise ve müzakire etmeyib. Tek oturub, gece-gündüz işleyib. Ümumdünya cazibe qanunu çox mükemmeldir. Cazibe istenilen 2 cisim arasında baş verir. 

- Menim rastıma bele bir yazı çıxmışdı, orada bildirilirdi ki, kvant fizikası materializmi elmi cehetden puça çıxarır. İndi ne qenaete gelek?

- Kvant fizikası enenevi fizikadan ferqlenir. Enenevi fizikada deyilir ki, filan cisim var, onun trayektoriyası, süreti melumdur. Biz hesablaya bilerik ki, o cisim, meselen, 2 aydan sonra harada olacaq. Kvant fizikası ise meseleni başqa cür qoyur. Deyilir ki, filan cismin fezanın müeyyen yerinde olmaq ehtimalı bir beledir. Yeni ehtimalla danışır. Kvant fizikasında trayektoriya anlayışı yoxdur. Bilinmir ki, her hansı bir cisim 5 saatdan sonra harada olacaq. Kvant mexanikası materializmle heç bir ziddiyyet teşkil etmir. 

- Ümumiyyetle, çox eşidirik ki, materializm özünü doğrultmadığına göre, tarixin arxivine gömülüb. Siz ise hele de materializmi müdafie edirsiniz.

- Materializm bu gün de yaşayır. Hemişe de yaşayacaq. Materializm olanı deyir. İdealizm deyir ki, men bunu görüremse, demeli hemin cisim var. Materializm ise deyir ki, men bunu görsem de, görmesem de, o var. Düz deyir. Yeni men koramsa, o cisim yoxdur?!

- Qısacası, siz ateizmi de müdafie edirsiniz. İçinizde bir qorxu yoxdur?

- Qetiyyen. 

- Neçe yaşınız var? 

- 80. 

- Adeten insanlar yaşa dolanda dine gelirler. Sizde niye bele olmayıb, maraqlıdır?

- Men yaşlansam da, dine meyllenmemişem. Men kiçik yaşlarımda dini elmlerden xeberim olmayanda çox şeye inanırdım. Amma onları öyrendikce, dine olan inamım azaldı. 

 

- Quranı da oxumusunuz?

- Beli. Men peyğemberlerin çoxu haqqında melumatlıyam. 124 min peyğemberden 5 vacib peyğember olub. Onların hamısı haqqında oxumuşam. Bu gün çox din xadimi ele bilir ki, birinci Adem peyğember olub. Xeyr. 5 vacib peyğember bunlardır: Nuh peyğember, İbrahim peyğember, Musa peyğember, İsa peyğember ve Mehemmed peyğember.

Çox qeribedir. Biz Quranı oxuyuruq. Orada yazılır ki, İbrahim peyğember oğlu İsmayılı qurban kesmeye aparır. Amma Tövratda yazılır ki, İshaqı aparır. O da, bu da Allahın kitabı adlandırılır. İndi hansına inanaq?

Diger terefden Quranın axırıncı ilahi kitab olduğunu deyirler. Hem de Mehemmed peyğemberin axırıncı peyğember olduğunu. Men buna da inanmıram. Hesab edirem ki, dünya inkişaf etdikce, dövr deyişdikce, başqa bir dine de ehtiyac yaranacaq. İslam dinine niye ehtiyac yaranmışdı? Çünki ereb cemiyyetinde çox böyük problemler var idi. 

- Quranda kainatın genişlenmesi haqqında aye var. Yaxşı, 7-ci esrde bunu hardan bilirdiler? Burada da ilahi mesaj göre bilmirsiniz?

- Birincisi onu deyim ki, Qurandan evvelki kitablarda da bele fikirler var. Bir var elm, bir de var telim. Meselen, 90 yaşlı qadının yanında bir şeyi sehv tutsan deyer: “Gözle, düşer”. Amma o eşyanın niye düşdüyünü bilmir. O, mexanizmi, cazibe qüvvesini bilmir. Lakin heyati tecrübede görüb ki, bu, beledir. İndi deyirler ki, Nizami Gencevi cazibe qanunu bilirdi. Çünki Nizaminin eserlerinde guya cazibeden söhbet gedib. Halbuki, Nizaminin yazdıqlarının cazibe qanunu ile elaqesi yoxdur. Dünya yaranandan hamı bilir ki, cazibe var. Amma onun qanunu yox idi. Bu qanunu Nyuton verdi.

Kainatın genişlenmesinin Quranda yazılmasına gelince! Quran meydana gelende o dövre qederki bilikler orada öz eksini tapıb. Onu da deyim ki, Mehemmed peyğember qeyri-adi insan olub.

İndi adam var ki, seyfin içini görür. Ele şahmatçı var ki, 50 gedişden sonra ne olacağını bilir. Menim yadıma gelir, 5 yaşında bir rus uşaq riyaziyyatı bilirdi. Bunlar, fitri istedaddır. Bu da ümumi qanunlardan kenara çıxmalardır. Meselen, milyarddan birinde qeyri-adi qabiliyyete olur.

Quran da meydana gelen dövrde müeyyen elmi fikirler var idi. Qurandakı bezi şeyler de özünden evvelki elmi biliklerden exz olunanlardır. Çox eşidirik ki, Quran Allah terefinden gönderilmiş müqeddes bir kitabdır. Amma men hesab edirem ki, Quran Mehemmed peyğemberin ağlının, zekasının mehsuludur. Mehemmed peyğemberin beynine qeyri-adi fikirler gelirdi. O ise ele bilirdi ki, bu, ilahiden bele deyilir. Bir sözle, heqiqeten de qeyri-adi, istedadlı adamlar var. Menim özümde de bir qabiliyyet var. 

- Pauza  verdiniz. O, ne qabiliyyetdir?

- Yuxuda gördüyüm reallaşır. Telebe vaxtı imtahanla bağlı çox narahatlıq keçirende gece yuxuda sualımın ne olduğunu görürdüm. Sabah gedib bileti çekende görürdüm ki, yuxuda gördüyüm sual düşüb. Bu yaxınlarda yuxuda gördüm ki, rehmetlik atamla böyük qardaşım yanıma gelib. Men düşündüm ki, onlar rehmete gedibse, yanıma nece gelir?! Sonra bunlar yox oldular. Onların izi ile getdim ve gördüm ki, qaranlıq yerde büzüşüb durublar. Qardaşımdan soruşdum: “Ay qardaş, niye gelmişdiniz, niye getdiniz”. Cavabı bele oldu: “Gelmişdik bacım Meleyi aparaq. Ancaq aparası olmadıq”.

Seher durdum. Yuxumu qarışdırdığıma göre rayona zeng etdim. Dediler ki, salamatçılıqdır.

Buna baxmayaraq yene hemin yuxunu gördüm. Seher durub qerara geldim ki, rayona getmeliyem. Sen deme, menim bacım Melek, onun iki oğlu, nevesi yol qezasına düşübler. Hamısı yaralıdır, onları Genceye aparıblar. O biri qardaşım xestexanaya gedib. Görüb ki, Melek orda yoxdur. Deyib ki, burada bir qadın da olmalı idi. Cavab veribler ki, rehmete gedib. Bacımı qanın içinde bir kenara qoyublarmış. Qardaşım da hekimlere hirslenib ki, bacımı niye üzü qanlı bir kenara qoyublar. Gedib qadınlardan birine hörmet edib ve deyib ki, heç olmasa bacımın üzünü temizlesinler. Temizleyende görübler ki, Melek ölmeyib, nefesi gelir.

Fikir verin! Mene yuxuda demişdiler: “Aparmağa gelmişdik, aparası olmadıq”. Melek bacım bu gün de yaşayır. 

- Maraqlıdır. Bes bu informasiya size hardan verilir? Kainatın özünden?

- Hesab edirem ki, kainatdan. Kainatda sonsuz sayda dalğalar var. Biz o dalğaların müeyyenlerini qebul ede bilirik. O dalğalar müeyyen formada gelib beyne çatanda beyinde qıcıqlanmanı yaradır, insanda fikirler oyanır. 

- Elmle dinin hemişe mübarizesi olub. Din bir çox halda elme kobud şekilde müdaxile edir. Buna baxmayaraq, bir çox din xadimi bildirir ki, dinle elm vehdetdir. Ümumiyyetle dinle elmin qarşı-qarşıya qoyulması düzgündürmü?

- Din elme zerbe vuran bir qüvvedir. Elmin qabağını alan, inkişafı lengiden dindir. Eslinde insanlar özleri de dini düzgün başa düşmürler. Mehemmed peyğember hedislerinde deyir ki, elm harda varsa, onun ardınca gedin. O, Quranda her şeyin olduğunu demir. Lakin bizim din adamlarının hamısı deyir ki, Quranda her şey var.

Bilirsiniz ki, bizde Bakı İslam Universiteti var. Ora getmişdim. Dedim ki, getirin tedris planınıza baxım. Baxdım. Bir dene de dünyevi elm keçmirler. Elece Quran, “Yasin” oxumaq ezberledirler. Adını da universitet qoyublar. Men Qafqaz Müselmanları İdaresinin sedri Allahşükür Paşazadeye de, onun müavini, hemin universitetin rektoru Hacı Sabir Hesenliye de etirazımı bildirdim. Dedim ki, ayıbdır. Bildirdim ki, adını universitet qoyublar, amma bir dene de dünyevi elm yoxdur. Canlı ünsiyyet zamanı birbaşa özlerine dedim. 

 

- Allahşükür Paşazade size ne dedi?

- Dediler ki, guya, dünyevi elmleri keçmek üçün imkan yoxdur. Men ise dedim: “Gelin, pulsuz, heftede bir defe elm haqqında telebelere ders deyim”. Razı olmadılar. Onlara lazımdır ki, pul yığmaq üçün telebelere “Yasin” oxumağı öyretsinler. Hemin telebeleri qebiristanlıqlara paylayırlar, qrafik tuturlar.

Mesele çox mürekkebdir. İnsanlar anadan olandan onların şüurları dinin tesirine düşür. Menim bezi telebelerim başını bağlamağa başlamışdı. Men ise meslehet verenden sonra onlar başlarını açdılar. Xoşluqla başa saldım ki, bu, gerilikdir. Onlar da meni başa düşdüler.

Her dersimde telebelere deyirem ki, elm üstündür, ona, onun geldiyi neticelere inanmaq lazımdır. 

- Siz de alimsiniz. Bes niye sizin kimiler ortaya konkret bir elmi netice qoya bilmirsiniz?

- Bizde öz alimlerimize qiymet vermirler. Axşama qeder televiziyalarda şou proqramları olur. Başlayırlar, müğenniler filan paltarı geydi, filanını çıxardı. Bunlar kime lazımdır?!

Görürsen ki, anons verirler ki, Gülyanağın övladı ile arası deyib. Amma görün bir akademikin ailesinden xeber verirlermi? Bir küçe müğennisinin yubileyini keçirirler. Bir alimin ise yubileyini televiziyada göstermirler. Hamısı beladır.

Bir gün meni bir verilişe çağırmışdılar. Novruz bayramı haqqında elmi fikirleri dedim. Novruz bayramının elmi esaslarını men ortaya çıxarmışam. 1984-cü ilde “Bahar ne zaman başlayır” adlı böyük elmi meqalem çap olunub. Men orada sübut etmişem ki, Novruz dini bayram deyil, elmi hadisedir.

Men verilişde de bunları danışdım. Biri de durub dedi ki, Novruz bayramında bir quş coşub, qan tezyiqi artıb, onun dimdiyi partlayıb. Sonra qan fışqırıb, bu qandan musiqi yaranıb. Bu adam delidir de. Quşun en möhkem yeri onun dimdiyidir. Tezyiqden döş qefesi, başı partlaya biler. İndi tesevvür edin. Hemin verilişde o adam deyeni verdiler, men deyenleri ise yox. Elçin adlı diplomu olmayan, elmden xeberi olmayan birinin dedikleri televiziya ve tamaşaçılar üçün daha maraqlı gelir. Camaat üçün elm maraqlı deyil. 

- Akademik Vasim Memmedeliyevin çıxışlarına qulaq asmısınız?

- Vasim Memmedeliyev prorektor olan zaman onun bir çıxışına qulaq asmışdım. Gördüm ki, bir şeyi düzgün izah etmir. Sabahısı gün onun yanına getdim. Quranda bir şey var ki, guya göyün 7 qatı var. Vasim Memmedeliyevi bir az terifleyenden sonra 7 qat meselesine toxundum. Dedim ki, Vasim müellim 7 qatın ne olduğunu bilirsiniz? Dedim ki, o zaman 7 göy cismi melum idi. Qurandakı da onlara işaredir. Bu dediyim Vasim Memmedeliyevin ağlına batdı.

Sonra dedi: “Çox xahiş edirem. Heftenin 3-cü günleri gel. Qurandakı bezi meselelere izah vermek üçün sizinle meslehetleşim”.

Vasim müellim, savadlı adamdır. Quranı, ereb dilini mükemmel bilir. Amma men elme inanıram. 

 


Oxunub 397 defe