Xəbərlər ::

MƏDƏNİYYƏT :: Bakıda "Jara" - AZ QALDI

09-07-2016 17:28

Bu gün yay mövsümünün en heraretli hadisesi - “JARA” Beynelxalq Musiqi Festivalı başlayır.

İyulun 9-10-da Bakının “Sea Breeze” istirahet zonasında teşkil olunacaq festivalın iştirakçıları artıq paytaxtımızdadırlar.

Bir neçe saatdan sonra start verilecek Festival tamaşaçıları meşhur senetçilerin sayı ile heyretlendirecek. İştirakçılar arasında Rusiya estradasının kralı adına layiq görülen xalq artisti Filip Kirkorov da var. Lent.az-ın AzerTAc-a istinaden melumatına göre, müğenni Bakıda olmaqdan memnunluğunu ifade ederek deyib: “Men xoşbextem ki, növbeti defe qonaqperver Azerbaycan tamaşaçısı üçün ifa etmek imkanım olacaq. Bilirem ki, burada çox perestişkarım var. Menim en böyük arzum Bakıda solo konsertle çıxış etmekdir. Ümid edirem ki, qonaq olduğum “JARA” festivalı düşerli olacaq ve bu arzum reallaşacaq. Festivala Rusiyanın, Azerbaycanın, Ukraynanın ve Qazaxıstanın en yaxşı artistleri toplaşırlar. Biz musiqiçiler ümumi bir dilde danışırıq. Bu iki gün erzinde biz gözel sehneye çıxaraq sevgi dilinde danışacağıq, mehebbet haqqında mahnılar ifa edeceyik. Bütün ifalar ancaq xoş ehval-ruhiyyeye, sevgiye, dostluğa köklenecek. Men Bakıdakı sehneye çıxmağıma qalan saatları sayıram, bu sehnede Azerbaycan dilinde nelerse deyeceyimi gözleyirem. Çünki menim üçün her defe bu dilde danışmaq hediyyedir. Ümid edirem ki, konsertler ve teşkil olunan axşamlar hem mene, hem de tamaşaçılara böyük zövq bexş edecek.

 

Müğenni ve bestekar Emin Filip Kirkorovun çıxışının sürprizlerle dolu olacağını bildirib.

 

Festivalda iştirak eden Rusiyanın diger meşhur ulduzları da artıq Bakıdadırlar. Onlar Azerbaycana sevgilerini ele ölkemize qedem qoyduqları ilk andan hiss etdiribler:

Leonid Aqutin: Men Azerbaycanı çox sevirem.

Vladimir Presnyakov: Festivaldan xoş, mehriban emosiyalar ve tebii ki, peşekar musiqi gözleyirem.

Katya Lel: Men Bakı Festivalından hedsiz emosiya, möhteşem senet, dostlarımın sayesinde qeyri-adi ab-hava gözleyirem. Men Azerbaycan tamaşaçısını çox sevirem. Çünki onlardan hemişe inanılmaz isti münasibet görmüşem.

Dmitri Fomin: Men möhteşem musiqi ve tamaşaçıların yüksek ehval-ruhiyyesini gözleyirem. Azerbaycanlıları görmek isteyirem, çoxdandır Bakıda olmamışdım.

Sati Kazanova: Men artıq heyranam. Festivalda da bele ab-hava gözleyirem.

Denis Klyaver: Festivaldan xoş ehval-ruhiyye, sevinc ve elbette ki, ancaq pozitiv enerji gözleyirem.

Emin: Teşkilatçılığa desteye göre Prezident İlham Eliyeve, Azerbaycanın birinci xanımı Mehriban Eliyevaya ve Leyla Eliyevaya semimi qelbden teşekkür edirem.

 

Belelikle, festivalda Filip Kirkorov, Qriqori Leps, Leonid Aqutin, Emın, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Timati, Sergey Lazarev, Anita Tsoy, Svetlana Loboda, Vlad Sokolovski, “Banderos”, Polad Bülbüloğlu, Stas Mixaylov, Polina Qaqarina, Nyuşa, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Potap ve Nastya, Zülfiyye Xanbabayeva, Tünzale Ağayeva, “Rast” qrupu, Semra Rehimli ve bir çox diger senetçiler iştirak edecekler. Festivalın qonaqlarını iki gün erzinde Rusiyanın en yaxşı artistlerinin parlaq nömreleri, möhteşem qırmızı xalı, çoxsaylı müsahibeler gözleyir. Tedbiri en yaxşı quruluşçu rejissorlar hazırlayırlar.

 

“JARA” festivalı ele planlaşdırılıb ki, aparıcılar hem sehnede, hem de zalda işleyecekler. Belelikle, qonaqlar interaktiv prosese ve televiziya versiyasına celb olunacaqlar.

 

Festivalın teşkilatçıları müğenni ve bestekar Emin Ağalarov, Rusiyanın Emekdar Artisti Qriqori Leps, “Russkoye radio”nun ve “Qızıl qrammofon” mükafatının tesisçisi Sergey Kojevnikovdur.

 

“JARA” Beynelxalq Musiqi Festivalı her il keçirilecek. Eger builki proqram 2 gün üçün nezerde tutulubsa, gelen il artıq 3-4 gün çekecek, artistlerin ve çıxışların sayı da artacaq. Teşkilatçılar emin edirler ki, festival en yüksek standartlara uyğun teşkil olunaraq Rusiyanın ve Azerbaycanın medeni heyatında möhteşem ve elametdar hadiseye çevrilecek.