Xəbərlər ::

DÜNYA :: Ermeni ekspertden heyecanlı anons: "Azalırıq..."

11-07-2016 17:00

“Ermenistanda demoqrafik durum böhran heddindedir”.

 

APA-nın “Yerkramas”a istinaden verdiyi melumata göre, bunu ermenistanlı demoqraf Ruben Yeqanyan deyib.

 

O, ölkesinde doğum seviyyesinin aşağı düşdüyünü bildirib: “Problem tek sosial veziyyetle bağlı deyil. Ağır 90-cı illerde Ermenistanda doğulmuş az sayda insan hazırda reproduktiv yaşdadır. Daha yuxarı yaşda olan insanların da nikaha girmesine baxmayaraq, onların reproduktiv merhelesi keçdiyinden valideyn ola bilmirler, neticede ehali artımı baş vermir. En böyük problem ise miqrasiya meselesidir. Hele ki, miqrasiya sahesinde müsbet irelileyiş yoxdur. Ölkeden çıxan ve gelen şexslerin illik menfi saldosu 40 min nefer teşkil edir ki, bu da Ermenistan ehalisinin 1-1,5 faizi qederdir”.

 

Ekspert bildirib ki, inzibati amirlik tedbirleri qısa müddetde demoqrafik veziyyetin yaxşılaşmasına getirib çıxarsa da, uzunmüddetli perspektivde effektli deyil. 


Oxunub 91 defe