Xəbərlər ::

SOSİAL :: "Yanar bulağ"ın serin möcüzesi - XÜSUSİ REPORTAJ

08-08-2015 13:06

Kompleks insanların en çox maraq gösterdiyi yerlerden biridir. Bulaqda kükürdlü su ile beraber metan qazı da çıxdığından kibriti suya yaxınlaşdırarken, sudan ayrılan qaz meşel kimi alovlanır. Yerli sakinlerin sözlerine göre, bulaqdan aramsız axan kükürdlü su, bezen 5-7 metr hündürlüye de qalxır. Suyun daha bir möcüzesi ondadır ki, yanan zaman ondan içende orqanizme heç bir menfi tesir göstermir. Laborator müayineler de bulağın suyunun müalicevi ehemiyyete malik olduğunu  tesdiq edib. Yerli sakinler de bele deyirler:

 

"Bu bulağın tikilmesi 1973-cü ile tesadüf edir. Su texminen 80 metr derinlikden çıxır. Müalicevi ehemiyyetli sudur. Mede-bağırsaq sistemine xeyri çoxdur. Hele o vaxt sudan laboratoriyaya müayineye aparılıb. Oradan cavab veribler ki, bu, içmeye yararlı sudur. Hekimler xestelere meslehet görürler ki, gelib bu sudan içsinler ve mede-bağırsaqlarında olan problemler aradan qalxsın".

 

"Yanar bulağ"a tekce yerli ehali deyil,  xarici seyahetçiler ve turistler terefinden de böyük maraq gösterilir.

 

"Yanar bulaq" haqqında çox eşitmişdim, amma görmemişdim. İndi gelmişem, bulağın möcüzesine teeccüb edirem. Ne yaxşı ki, bele serveti olan ölkede yaşayırıq. Şamaxıya qayıdandan sonra teessüratlarımı her yerde danışacaq, Astarada bele bir tebiet möcüzesinin varlığından söz açacağam".
 

Yerli sakinler "Yanar bulağ"ın suyundan teyinatı üzre istifade edilmediyinden teessüflenirler:

 

"Bulağın suyu fasilesiz axır. Bu sudan teyinatı üzre istifade etmek olar. Suyu qablaşdırmaq, burada istehsal müessisesi açmaq da olar. Axı, yaxşı sudur, ehemiyyetli sudur, yere niye axsın? Eşitdiyime göre, bu istiqametde tedbir görülecek. Çox isterdim ki, bu su havayı yere axıb getmesin. Ele yer var insanlar su problemi yaşayır. Düşünürem ki, bu suyu qablaşdırsalar insanlara xeyri olar".

 

Erçivan qesebe sakini Yaşar Hüseynovun sözlerine göre, "Yanar bulağ"ın suyundan etirli, dadlı çay demlemek mümkündür. Bu kükürdlü su sifetde olan sepkileri de müalice etmeye qadirdir.
 

Qeyd edek ki, Astara rayonunun turizm marşrutuna daxil edilen "Yanar bulaq" kompleksi hem de yerli ehemiyyetli tarixi abide kimi qorunur.

 


Oxunub 288 defe