Xəbərlər ::

HADİSƏ :: Müdafie Nazirliyinden ermeni texribatı ile bağlı XÜSUSİ AÇIQLAMA

15-07-2016 12:02

"Ermenistan metbuatının iyulun 14-de axşam saatlarında cebhenin Ağdam rayonu istiqametinde guya Azerbaycan Silahlı Qüvveleri bölmelerinin herekete keçmek cehdi barede yaydığı melumat texribatdır ve düşmen terefinin veziyyeti gerginleşdirmeye hesablanmış növbeti addımıdır".

 

Bu barede Lent.az-a Müdafie Nazirliyinin metbuat xidmetinden bildirilib: "Teessüf doğuran odur ki, ermeni terefi öz texribatlarını ört-basdır etmek ve yaydığı melumatların tesir gücünü artırmaq meqsedile Azerbaycan elektron informasiya vasitelerinin, konkret olaraq ise haqqın.az saytının qeyri-deqiq ve anonim menbeye istinaden verdiyi xeberden uğurla istifade edib.

 

Bir daha bildiririk ki, herbi mövzuda, xüsusile cebhe xettinde baş veren hadiselerle bağlı, istenilen melumatı yaymazdan evvel hemin xeber mütleq menada Müdafie Nazirliyi ile deqiqleşdirilmeli ve dövletimizin tehlükesizlik maraqlarına xelel getirmemelidir".

 


Oxunub 90 defe