Xəbərlər ::

İDMAN :: "Qebele"nin vitse-prezidenti: "Elimizden geleni edeceyik" - MÜSAHİBE

09-08-2015 15:31

"Qebele" İdman Klubunun vitse-prezidenti ve atıcılıq üzre Azerbaycan millisinin atıcısı Elvin İsmayılovun apasport.az saytına müsahibesi

 

- Evvelce Qebelede keçirilen atıcılıq üzre Dünya Kuboku yarışı ile bağlı fikirlerinizi bildirerdiniz...

 

- Möhteşem tedbirdi. Azerbaycan idman tarixinin en böyük yarışlarından biridi. 100-e yaxın ölkenin texminen 2000 idmançısı 34 Olimpiya lisenziyası uğrunda mübarize aparır. O ki qaldı idmançların seviyyesine, burda Olimpiadalarda medal qazanmış 50-den çox idmançı iştirak edir. Hemçinin gelen atıcıların 100-den çoxu dünya çempionatlarının mükafatçısıdı. Burda ele idmançılar var ki, 3-4 defe Olimpiya çempionu olublar.

 

- Azerbaycan yığmasının hazırlıq durumu necedi?

 

-  Komandamız bu yarışa böyük seyle hazırlaşıb. Hem federasiya, hem nazirlik, hem de öz klubumuz terefinden qayğı görmüşük. Elimizden geleni edeceyik ki, hem idmançı, hem de teşkilatçı kimi, ölke rehberliyinin etimadlarını doğruldaq.

 

- İdmançılarımız gelen il Rio-de-Janeyroda keçirilecek Yay Olimpiya Oyunlarına lisenziya qazana bilerlermi?

 

- İdman qarşılıqlı mübarizedi ve burda qalib de olur, meğlub da. Burda iştirak eden komandalar da güclüdüler. Amma her birimizin şansı var. Bele seviyyeli yarışlarda iştirak etmek hüququ qazanan her bir idmançının qalib olmaq şansı da var. Atcılıq diger idman növlerinden bir qeder ferqlidi. Bu idman növünde psixoloji hazırlıq daha vacibdi. Psixoloji cehetden gerek dözümlü olasan. Elbette ki, fiziki hazırlıq da öz yerinde.

 

- Avqustun 13-de siz de mübarizeye qoşulacaqsınız. Qarşınıza hansı meqsedi qoymusunuz?

 

- Her bir idmançının arzusu fexri kürsünün en yüksek pillesine qalxmaqdı. Men indi çox yaxşı formadayam. Belke de, idmançı karyeramda heç vaxt bu formada olmamışam. Elimden geleni edeceyem ki, gösterilen etimadı doğruldum, ölkemizin himnini seslendirim, bayrağımızı dalğalandırım.

 

- Artıq neçenci defedi ki, burda Dünya Kuboku keçirilir, amma evveller lisenziya xarakterli olmamışdı...

 

- Biz merhele-merhele hazırlatdıq ki, birden-bire böyük yük olmasın. Federasiyamız terefinden Beynelxalq İdman Atıcılıq Federasiyasına müraciet olundu. Bilirsiniz ki, her il burda enenevi beynelxalq qran-pri yarışları keçirilir. Hemçinin Dünya Kubokunun finalına da ev sahibliyi etmişik. Getdikce daha böyük yarışlara ev sahibliyi etmek şansı qazandıq. Bunun üçün güclü kollektiv yetişdi. Gördüyünüz kimi, hazırkı tedbir de yüksek şekilde teşkil edilib.

 

- Qebelede dünya ve Avropa çempionatının keçirilmesi mümkündümü?

 

- Hazırkı yarış dünya ve Avropa çempionatından daha çox lisenziya xarakteri daşıyır. Düzdü, hemin yarışlarda da lisenziya qazanmaq şansı olur, amma bu qeder yox. Dünya Kuboku atıcılıq idman növünün teqvim planında en böyük, möhteşem yarış hesab olunur. Hem iştirakçı, hem de verilen lisenziya sayına göre. Burda atıcılığın bütün növleri üzre mübarize aparılır. Buna göre de, indi netice elde etmek daha çetindi.

 

- Planda dünya ve ya Avropa çempionatına ev sahibliyi etmek varmı?

 

- Bundan sonra lisenziya xarakterli bir dünya çempionatı qalır. Ondan sonra İtaliyada Dünya Kuboku keçirilecek. Eyni sayda idmançılar orda da eyni idman növlerinde mübarize aparacaqlar. Dünya Kuboku ve dünya çempionatında iştirak edenler eyni idmançılardı. Yalnız status ferqi var. Qebele dünya çempionatına ve Olimpiadaya da ev sahibliyi ede biler. Azerbaycan bu gün mümkün olan bütün yarışlara ev sahibliyi etmek iqtidarındadı.

 

- Gelen il de Dünya Kuboku burda keçirilecek?

 

- Gelen ilin sentyabr ayı üçün de müraciet olunub. Düşünürük ki, gördüyümüz işler Beynelxalq İdman Atıcılıq Federasiyası terefinden beyenilecek. Gelen il gencler arasında Dünya Kubokunu da burda keçirmek imkanımız olacaq. Gelen il Qebelede enenevi beynelxalq qran-pri yarışı ve Azerbaycan çempionatı da baş tutacaq. Ve tebii ki, gencler arasında dünya çempionatına ev sahibliyi edeceyik.

 

- Dünya çempionatının deqiq tarixi bellidimi?

 

- Bilirsiniz, her ilin sonunda Almaniyada toplantı olur. Gelen ilin teqvimi de orda müeyyenleşir.


Oxunub 498 defe