Xəbərlər ::

DÜNYA :: Şahidler: Partlayışdan sonra Şeremet sağ idi

20-07-2016 17:26

Ukraynanın meşhur jurnalisti Pavel Şeremetin ölümü ile bağlı bezi detallar belli olub. Lent.az-ın unian.net-e istinaden melumatına göre, jurnalistin idare etdiyi maşında 400-600 qram trotil ekvivalentine beraber partlayıcı işe düşüb. Bu barede Ukrayna Daxili İşler Nazirliyinin müşaviri Zoryan Şkiryak açıqlamasında deyib. Onun sözlerine göre, Şeremetin oturacağının alt hissesine yerleşdirilen partlayıcı madde avtomobil manevr ederken partlayıb. Ona qeder o, evinden hadise yerine qeder 500-600 metr yol qet edib.

 

Müşavir jurnaliste qarşı sui-qesd edilmesinde 3 ehtimal ireli sürüb: Rusiya xüsusi xidmetlerinin rolunu, peşe fealiyyeti ile elaqedar ve şexsi münasibetler zeminde.

 


Şahidler partlayış baş verenden sonra Şeremetin sağ olduğunu deyir. Onun ayağı möhkem demirler arasında sıxılmış veziyyetde olub. Ancaq hadise yerine tecili yardım gelende jurnalistin öldüyü melum olub.

 

Qeyd edek ki, hadise bu gün yerli vaxtla seher saat 07:45-de baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”ye gederken Kiyevin Boqdan Xmelnitski ve İvan Franko küçelerinin döngesinde onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nınn rehberi Alyona Pritulaya mexsus olsa da, hadise zamanı o, avtomobilde olmayıb.