Xəbərlər ::

HADİSƏ :: Hikmet Hacıyev: "Resmi Yerevan öz yalanlarını ifşa edir"

10-08-2015 12:15

“Ermenistan erazisinde ve işğal olunmuş erazilerde azerbaycanlı esir ve girovların olmadığı baresinde absurd fikirle çıxış eden resmi Yerevan eslinde öz yalanlarını ifşa edir”.

 

Bunu APA-ya açıqlamasında Xarici İşler Nazirliyinin (XİN) metbuat katibi Hikmet Hacıyev Ermenistanın Müdafie Nazirliyinin rehberliyi ve diger dövlet qurumlarının emekdaşlarının iştirakı ile esi r ve itkin düşmüş, girov götürülmüş şexslerin işi üzre keçirilen tedbirde seslenen fikirlerle bağlı deyib. Onun sözlerine göre, 2014-cü ilin sonunda prezidentlerin Paris görüşünde esir ve itkin düşmüş ve girov götürülmüş şexslerin işi üzre münaqişe terefleri olan Ermenistan ve Azerbaycan arasında Beynelxalq Qızıl Xaç Komitesi vasitesile melumat mübadilesi ve emekdaşlıq teklif olunub: “Ermenistanın tecavüz ve işğalı neticesinde 4000-den artıq vetendaşı itkin düşmüş hesab olunan Azerbaycan terefi humanist meram daşıyan bu teklife hazırlığını ifade edib.   Şahidlerin ifadeleri ve emeliyyat-istintaq materialları esasında Ermenistan terefinden esir ve girov götürülmüş azerbaycanlılar, o cümleden mülki şexslerin en qeddar işgencelere meruz qoyulduqları, kütlevi şekilde öldürüldükleri ve kütlevi mezarlıqlarda basdırıldıqları faktları senedleşdirilib. Ermenistan erazisinde ve işğal olunmuş erazilerde azerbaycanlı esir ve girovların olmadığı baresinde absurd fikirle çıxış eden resmi Yerevan eslinde öz yalanlarını ifşa edir. Soydaşlarımız Dilqem Esgerov ve Şahbaz Quliyevin girov kimi qanunsuz saxlanmaları buna eyani sübutdur”.

Hikmet Hacıyev qeyd edib ki, “institusional yaddaş zeifliyi”nden eziyyet çeken Ermenistan terefine 90-cı illerin sonu ve 2000-ci illerin evvelinde Ermenistanın özü terefinden de esir ve girovluqda olduğu tesdiq olunmuş ve sonradan barelerinde heç bir melumat verilmemiş şexsleri xatırlatmaq kifayetdir: “Hesab edirik ki, ATET-in Minsk Qrupunun hemsedrlerinin tezyiqi ve Beynelxalq Qızıl Xaç Komitesinin tesiri neticesinde girov götürülmüş soydaşlarımız Dilqem Esgerov ve Şahbaz Quliyev derhal azad edilmeli ve Ermenistan erazisinde ve işğal edilmiş erazilerde olan kütlevi mezarlıqlar açılmalı ve insan qalıqları esasında DNT melumat bazası yaradılmalıdır. Neticede, DNT analiz vasitesile itkin düşmüş şexslerin taleleri müeyyenleşdirile ve 20 ilden artıq öz yaxınları haqqında xeber gözleyen ailelere melumat verile bilerdi. Ermenistan terefinin yürütdüyü qeyri-insani siyasetinin neticesidir ki, her biri ferdi esasda tedqiq edilmeli olan bu faktlar araşdırıla bilinmir ve öz beynelxalq hüquqi mesuliyyetini derk eden Ermenistan müxtelif behanelerle prosese manee olmağa çalışır”.

Bu emellere göre Ermenistanın hüquqi mesuliyyetine aydınlıq getiren H.Hacıyev bildirib ki, Ermenistanın hüquqi mesuliyyeti dedikde burada bu cinayet emellerini heyata keçirmiş ve ya bu barede emrler vermiş Ermenistanın herbi ve mülki vezifeli şexslerinin ve dövlet olaraq, Ermenistanın mesuliyyeti vardır: “İkrah doğuran hal odur ki, hele de bu şexsler Ermenistanın siyasi, herbi idareçiliyinde ve hüquq-mühafize orqanlarında yüksek vezifeler tuturlar.  Bu emelleri töretmekle, Ermenistan terefinden bir dövlet olaraq, Cenevre konvensiyaları, mülki ve siyasi hüquqlar haqqında beynelxalq pakt, iqtisadi, sosial ve medeni hüquqlar haqqında beynelxalq pakt, soyqırımı cinayetinin qarşısının alınması ve cezalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzre konvensiya, işgenceler eleyhine konvensiya ve silahlı münaqişeler zamanı medeni mülkiyyetin qorunması haqqında konvensiya ve diger beynelxalq senedler üzre öz üzerine götürdüyü öhdelikler kobud şekilde pozulub. Beynelxalq hüquqi mexanizmlerden istifade ederek, Azerbaycan terefi bu emelleri töretmiş Ermenistanın herbi ve mülki vezifeli şexsleri ve Ermenistanın dövletinin mesuliyyetinin müeyyen olunması istiqametinde fealiyyetini davam etdirir”.


Oxunub 557 defe